Lukyanov: “Amerikanın dünya hökmranlığı sona çatıb”
Tarix: 02.07.2014 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yevgeni Lukyanov “RİA-Novosti”yə açıqlamasında bildirib ki, Amerikanın dünya hökmranlığı sona çatıb. Onun sözlərinə görə, dünyada yeni güc mərkəzləri yaranıb. Lukyanov misal kimi BRİKS ölkələrini, o cümlədən Rusiyanı göstərib: “Rusiya özü də artıq ayaq üstə dayana bilir”. Lukyanov hesab edir ki, indi tərəflər bir masa arxasında əyləşib “soyuq müharibənin nəticələrini” müzakirə etməli və razılaşmalıdır: “Bunun üçün bütün həlledici tərəflərin iştirakı ilə qlobal konqres təşkil edilməlidir. Əks halda nə razılaşma var, nə də oyun qaydaları. Dəqiq öhdəliklər olmadığı üçün qaydalar tez-tez pozulur. Belə olan halda isə dünya daha az idarə olunan və xaotik olur”. Ukraynadakı vəziyyətə toxunan Lukyanov qeyd edib ki, amerikalı müşavirlər Kiyevdə aktiv şəkildə fəaliyyət göstərirlər: “Mən Amerika kəşfiyyatı və güc strukturlarının nümayəndələrini nəzərdə tuturam. Həmin şəxslər təkcə məsləhətlərlə kifayətlənmir, ölkənin strateji xəttini müəyyənləşdirir, ölkə rəhbərliyinin qəbul etdiyi qərarlara ciddi şəkildə təsir edirlər”. Ukraynanın cənub-şərqində ABŞ-ın “Greystone” özəl şirkətinin nümayəndələrinin olması ilə bağlı informasiyanı dəyərləndirən Lukyanov deyib ki, muzdluların vasitəsi ilə ölkədə qayda-qanun yaratmaq mümkün deyil.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info