Gəncə polisi peşə bayramını qeyd edib
Tarix: 02.07.2014 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


İlk polis bölüyü 96 il bundan əvvəl - iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.
Polis bölüyünün yaranmasından 80 il sonra həmin gün polislərin peşə bayramı kimi qeyd olunmağa başlayıb. Polis gününü ulu öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanına əsasən polislər bayram edir. Gəncə Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti də bu günü təntənə ilə qeyd edib.
Gəncə polisi şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək ümummilli liderin əziz xatirəsini hörmətlə, ehtiramla anıblar. Gəncə Şəhər Baş Polis İdarəsinin binasında keçirilən tədbirdə öncə daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanlandığı təbrik məktubu oxunub və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov cari ilin ilk 6 ayının göstəricilərinə nəzər salıb. Bildirib ki, hesabat dövründə qeydə alınan müxtəlif növlü cinayət hadisələrinin üstü 92 faiz açılıb. Gəncə polisinin avtomobil təsərrüfatı təzələnib və asayişin tam qorunması təmin olunur. Bundan başqa, Baş İdarənin Kəpəz və Nizami rayon polis idarələri üçün yeni binalar tikilib və istifadəyə verilib.
Təbrik nitqi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik edib və bundan sonra da, asayişin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib. İcra başçısı qanunun aliliyinin təmin olunması və ictimai asayişin qorunmasındakı xidmətlərinə görə bir qrup polis əməkdaşını fəxri fərman və qiymətli hədiyyələrlə təltif edib.
Sonra daxili işlər naziri R.Usubovun əmrinə və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi F.Şabanovun imzaladığı daxili əmrə əsasən bir qrup polis əməkdaşı rütbə və döş nişanı ilə, bir aylıq əməkhaqqı həcmində pul mükafatı və fəxri fərmanla təltif olunublar.
Qeyd edək ki, bayram tədbirində Gəncə şəhərində fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərləri, şəhər ziyalıları və polis veteranları da iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info