Yeniyetmə güləşçilərimiz Dünya Çempionatına hazırlaşır
Tarix: 02.07.2014 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


İyulun 15-dən 20-dək Slovakiyanın Snina şəhərində yeniyetmələr arasında güləş üzrə Dünya Çempionatı keçiriləcək. Yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcəklər.
Hər üç növ üzrə yığma komandalarımız çempionat ərəfəsində son təlim-məşq toplanışına cəlb olunmuşlar və hazırlıqlarını davam etdirirlər. Yunan-Roma güləşi üzrə yığma komandamız iyunun 28-dən Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında heyətdə 20 idmançı yer alıb. Təlim-məşq toplanışı iyulun 11-dək davam edəcək. Yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri iyulun 1-dən Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıblar. Komandanın böyük məşqçisi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov, Siracuddin Eldarov, Filip Monolov və Mətanət Süleymanovanın rəhbərliyi altında heyətdə 18 güləşçi yer alıb. Təlim-məşq toplanışı iyulun 13-dək davam edəcək. Sərbəst güləş üzrə yığma komandanın üzvləri isə təlimlərə iyulun 3-dən başlayaq. Komandanın böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında heyətdə 20 güləşçi hazırlıq keçəcək. Quba Olimpiya İdman Kompleksində keçiriləcək təlim-məşq toplanışına iyulun 17-də yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info