Klublarımız avrokuboklarda mübarizəyə başlayır
Tarix: 02.07.2014 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan futbolu üçün yeni mövsüm başlayacaq. Hər il olduğu kimi, 2014/15 mövsümü də klublarımızın avrokuboklardakı çıxışı ilə start götürəcək. 1994/95 mövsümündə qitə kuboklarında debüt edən Azərbaycan komandaları 19-cu dəfə Avropa səhnəsində start xəttinə çıxır.
Avropa Liqasında I təsnifat mərhələsində mübarizəyə qoşulacaq hər iki təmsilçimiz meydana bu gün çıxacaq.

Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” və yarışın bürünc medalının sahibi, kubokun finalçısı “Qəbələ” qitə kuboklarında ilk görüşünü keçirəcəklər. Mövsümün ilk oyunu Qəbələdə baş tutacaq. Tarixində ilk dəfə avrokuboklarda oynayacaq eyniadlı komanda Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunu qəbul edəcək. İlk dəfə bu şəhərdə keçiriləcək qitə miqyaslı oyuna debütant qismində çıxacaq “Qəbələ” Dorinel Muntyanunun rəhbərliyi altında ilk qarşılaşmasında qüvvəsini sınayacaq. Sloveniya toplanışı zamanı heyətini də gücləndirən “qırmızı-qaralar” 10 il əvvəl Azərbaycanı başıaşağı tərk edən Şiroki Briyeqin eyniadlı təmsilçisini məğlub etməlidir. Bir həftə sonra səfərdə keçiriləcək görüşdə işinin asan olması üçün “Qəbələ” qapısını da toxunulmaz saxlamalıdır. 2004/05 mövsümündə Çempionlar Liqasında “Neftçi”yə öz meydanında buraxdığı qolla uduzan rəqib bu dəfə uğur qazanmaq iddiasındadır. Qəbələdəki oyun başa çatandan sonra digər təmsilçimiz “İnter” meydana çıxacaq. Avrokubokların demək olar daimi iştirakçısına çevrilən bakılılar Moldovada “Tiraspol”la görüşəcək. 8 il əvvəl digər Azərbaycan klubu “MKT-Araz”ı avrokuboklardan kənarlaşdıran Tiraspolun eyniadlı təmsilçisi uğurunu təkrarlamağa çalışacaq. Həmin görüşün iştirakçılarından olan Asif Məmmədov və Arif Daşdəmirovun da yer aldığı “İnter” klublarımızın Moldova sindromunu qırmağa çalışacaq. Son 2 mövsümün hərəsində 1 mərhələ adlayan Kaxaber Sxadadzenin yetirmələri bu seriyanı 3-ə çatdırmaq niyyətindədir. Qeyd edək ki, cavab oyunları iyulun 10-da keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info