“Bizdə heç bir hoteldə olmayan xidmət, qiymət və güzəştlər var”
Tarix: 03.07.2014 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel & Spa Baku” hotelindəki “Aura” Sağlamlıq Mərkəzinin meneceri Şahin Qədimov: “Qadın və uşaqlara xüsusi endirimlər tətbiq edirik”
Müsahibimiz “Excelsior Hotel & Spa Baku” hotelindəki “Aura” Sağlamlıq Mərkəzinin meneceri Şahin Qədimovdur. Onunla sağlamlıq mərkəzindəki yeniliklər, fərqli xidmətlər və digər məsələlərlə bağlı danışdıq.
-Şahin müəllim, öncə özünüz, ixtisasınız haqqında məlumat
verərdiniz.

- Mən 1987-ci ilin avqustunda Qəbələnin Vəndam kəndində anadan olmuşam. Bakı Dövlət Universitetinin bakalavriatını turizm ixtisası üzrə bitirmişəm. Daha sonra İqtisad Universitetində menecment üzrə magistraturanı bitirmişəm. 2007-ci ildən turizm sahəsində ixtisasım üzrə çalışıram. Məşğul olduğum sahəni çox sevirəm. Əsasən turizmin hotelçilik sahəsi üzrə çalışmışam. 2013-cü ilin aprelindən də “Aura” Sağlamlıq Mərkəzinin meneceri işləyirəm. Bu da eyni zamanda idmana olan həvəsimdən irəli gəlir.
-“Aura” Sağlamlıq Mərkəzi istirahət və idmanla məşğul olmaq üçün unikal bir yerdir. Burada bir neçə dəfə olarkən bunun əyani şahidi olmuşuq. Siz bunu necə xarakterizə edərdiniz?
- Birincisi deyim ki, “Aura” Sağlamlıq Mərkəzi ən müasir, yeni trenajorlarla təchiz edilib, buradakı saunalar, zallar tam yenilənib. “Aura” Sağlamlıq Mərkəzinin ümumi sahəsi 3500 m2 təşkil edir və burada 200 nəfərə qədər qonaq eyni zamanda idmanla məşğul ola bilər. İkinci mərtəbəni tam əhatə edən idman zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, həmçinin ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardiotrenajorlar quraşdırılıb. Qonaqlar kardiozonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa, həmçinin, pulsuz internetə qoşula bilərlər. Eləcə də stolüstü tennis, açıq tennis kortu, Tailanddan gəlmiş spa-terapevtlərin xidmətləri, istirahət otaqları, həmçinin, ilin isti vaxtlarında işləyən üstüörtülü hovuz və açıq havada 2 hovuz “Aura” klubunun daimi üzvlərinə və “Excelsior Hotel Baku” hotelinin qonaqlarına xidmət edir. Spa-otaqlarda massajın müxtəlif növləri təklif edilir. Mərkəzə gələnlərə dəsmallar, nəleyinlər, xələtlər, həmçinin kosmetik vasitələr verilir. Həmçinin sağlamlıq mərkəzinin üçüncü mərtəbəsindəki kişi və qadınlar üçün nəzərdə tutulmuş ayrıca zallarda qrup halında və fərdi keçilən idman dərsləri - aerobika, kallanetika, pilates, boks dərsləri keçirilir. Peşəkar məşqçilər komandası hər kəs üçün məşğələlərin fərdi proqramını işləyib hazırlaya, həmçinin uşaqlara və böyüklərə üzməyi öyrədirlər. Son zamanlar geniş populyarlıq qazanmaqda olan pilates - fiziki məşğələlər sistemi olub, bədənin əzələlərini möhkəmləndirir, çevikliyi artırır və orqanizmin ümumi fiziki durumunu yaxşılaşdırır. Bu idman növü və eləcə də digərləri ilə bağlı müraciət edənlərin sayı artır. Pilates dərslərində əsas məqsəd - insanı öz təbii halına qaytarmaq, çeviklik, dözüm vermək, onu uşaqlıq illərində etdiyi kimi - sərbəst, yüngül və plastik hərəkət etməyi öyrətməkdir. Pilates sistemində bədənin bütün hissələri üçün hərəkətlər kiçik xalçaların üzərində və xüsusi işlənib hazırlanmış avadanlıqda yerinə yetirilir. Bu metod sağlamlıq üçün heç bir təhlükə yaratmır və fiziki hazırlıqdan və yaş həddindən asılı olmayaraq hər kəsə yarayır. Bu idman növü qadınlar arasında böyük populyarlıq qazanıb. Pilates təhlükənin aşağı dərəcəsi olan məşğələlər kateqoriyasına aiddir. Bu, o mənada unikal sistemdir ki, bədənə çox yüngül təsir edir və eyni zamanda güclü möhkəmləndirici effekt verir. Ümumiyyətlə, bizdə qonaqlara göstərilən xidmətin keyfiyyətini intensiv yüksəltmək üçün daim kreativ və yeni ideyalar tətbiq edilir, tez-tez dəyişikliklər edilir. Bizimlə boks, üzgüçülük, aerobika və sair idman növləri üzrə yüksək səviyyəli hazırlıq və inkişaf əldə etmək mümkündür.
-Sizin sağlamlıq mərkəzində tətbiq edilən güzəştlər barəsində fikirlərinizi bildirərdiniz.
- Bizdə başqa sağlamlıq mərkəzlərində olmayan güzəştlər tətbiq edilir. Məsələn, qadınlar və uşaqlar üçün xüsusi güzəşt paketləri var ki, bu da qiymət baxımından çox sərfəlidir. Bu güzəştlərdən yararlanmaq üçün sadəcə, müştəri kimi xidmətlərimizi sınamaq lazımdır. Bununla bağlı yeni aksiyanın şərtlərinə əsasən, qadınlar üçün şənbə və bazar günləri daxil olmaqla, hər gün səhər saat 10:00-dan axşam saat 17:00-a qədər vaxtı əhatə edən müddətdə “Aura” Sağlamlıq Mərkəzindən istifadə etmənin bir aylıq abunə qiyməti 175 AZN, 3 aylıq abunə qiyməti 500 AZN, 6 aylıq abunə qiyməti 750 AZN və 1 illik abunə qiyməti 1175 AZN təşkil edir. “Aura” Sağlamlıq Mərkəzinin üzvləri 3 yaşına qədər uşağı özləri ilə ödənişsiz gətirə bilərlər. Sağlamlıq mərkəzinin üçüncü mərtəbəsində skvoş, stolüstü tennislə məşğul olmaq üçün kortlar və qadınların yoqa, aerobika, kallanetika və pilates dərsləri ilə məşğul olması üçün idman zalı fəaliyyət göstərir. Yoqa, aerobika, kalanetika və pilates dərsləri addım və toplarla keçirilir. Abunə qiymətinə mərkəzin yoqa, kallanetika, pilates və aerobika dərslərində iştirak etmək də daxildir.
-Sizdə müəyyən əlamətdar bayramlar, günlərlə bağlı elitar səviyyədə tədbirlər keçirilir...
- Bəli, biz bütün əlamətdar bayramlara özünəxas hazırlıqlar görürük, maraqlı və unudulmaz tədbirlər təşkil edirik. Məsələn, belə tədbirlərdən “Excelsior Hotel & Spa Baku” hotelində bu yaxınlarda “yay mövsümünün açılışı” mərasimi kimi yüksək səviyyəli müxtəlif təqdimatların müntəzəm keçirilməsini göstərmək olar. Tədbirin proqramı məşhur estrada ifaçılarının canlı musiqisindən, hədiyyəli lotereyadan, gecəyə qədər aparıcı-DJ-lərin müşayiəti ilə davam edən rəqslərdən ibarət olub. Mərasimdə paytaxtın qonaqları və sakinləri, işgüzar dairələrin nümayəndələri, VİP şəxslər iştirak ediblər. Burada yaranmış ab-hava hotelin yüksək fəaliyyət səviyyəsini və buna müvafiq onun yüksək nüfuzunu xüsusilə nümayiş etdirirdi. Üstəlik, “AtaBank” MMC-nin və “AtaSığorta” MMC-nin birgə uğurlu iştirakı, lotereya qalibləri üçün təqdim etdikləri hədiyyələr onların nüfuz imicini vurğulamağa, ictimaiyyətə öz brendlərini mükafat simvolu kimi təqdim etməyə imkan verdi. Bundan başqa, 8 Mart, Novruz bayramı, Yeni il və sair bayramlarla bağlı gözəl və orijinal üslublu tədbirlərimizdən müştərilərimiz çox gözəl bir şəkildə zövq ala bilərlər. Həmçinin, assosiativ müştərilərimiz də bu cür tədbirlərdən çox yaxşıca bəhrələnə bilərlər. Yəni hər hansı bir şirkət kollektivi üçün əlamətdar günlər və ya onların peşələrinə aid günlər də burada çox yüksək səviyyədə təşkil edilir.
-Sizdə müştərilərə xidmət üçün pulsuz nəqliyyat vasitələrinin istifadəyə verilməsi və digər xidmətlər barədə nə deyə bilərsiniz?
- Hoteldə keçirilən tədbirlərə iştirakçıların rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus alınaraq istifadəyə verilib. “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel Baku” hotelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlayaraq hər saatda “Park Bulvar”ın qarşısından “Excelsior Hotel Baku” hotelinə aparacaq. Xidmət ödənişsizdir, hotelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub. “Excelsior Hotel Baku” hotelinə 4 96 8000 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.
-Hoteldə keçirlən toy mərasimləri barəsində nələri deyə bilərsiniz?
- “Excelsior Hotel Baku” hotelində toy arzusunda olanlar 200 nəfərə yaxın “Afurca” zalı və açıq havada hovuzun ətrafında 400-500 nəfərlik yerdə toy mərasimləri keçirə bilərlər. “Afurca” zalı Avropa standartlarına uyğun avadanlıqla təchiz edilmiş və orada birinci dərəcəli aşbazlar xidmət göstərəcəklər. Toy mərasiminin iki hissədə, yerin dəyişməsi ilə keçirilməsi şənliyin açıq meydandakı hovuzun yanında davamı, şübhəsiz, əsl rəqabətə imkan yaradacaq. Təkrarsız toy, gerçəkdə nağıl yalnız “Excelsior Otel & Spa Baku”da mümkündür. Toy mərasimi böyük ekranda nümayiş etdiriləcək.
Sonra, tanıtım ekskursiyası zamanı qonaqlar “Afurca” zalı və açıq havada hovuzun ətrafındakı eyvanlarla tanış olublar. “Excelsior Hotel Baku” hotelində toy - sadəcə yaxşı seçim deyil, həm də mərasimin fərdi keçirilməsidir. Bu - ənənənin müasirliklə vəhdəti, gənc ailənin və şənlik təşkilatçılarının arzularının yerinə yetməsidir. Qonaqlar təklif edilmiş rəngarəng və nəfis menyudan, milli və Avropa mətbəxinin yeməklərindən məmnun qalacaqlar. Bundan başqa, əgər siz yaxşı balıq restoranı axtarırsınızsa, onlardan biri - “Excelsior Hotel Baku”nun yanında yerləşən "Green House" adlı restorandır. Dünya kulinariya təcrübəsində balıq və dəniz məhsulları artıq uzun müddətdir ki, lider mövqedədir, belə ki, hər bir insanın qida rasionunda zəruridir. Təbii mənşəyi, hormonların və antibiotiklərin olmaması dəniz sakinlərinə layiqincə ən sağlam və ekoloji təmiz məhsul adını verir. Orqanizmə göstərdikləri faydalı təsir, stress və depressiyalardan azad edən unikal qabiliyyəti isə elm tərəfindən sübuta yetirilib. Məhz buna görə balıq yeməklərinə sevgi sağlam həyat tərzi ilə birgə təsəvvür edilir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info