“Azərbaycanı öz vətənimizdən ayrı düşünmürük”
Tarix: 03.07.2014 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


“İstanbul Modern Folk Müzik Topluluğumuz Azərbaycana ilk dəfədir gəlir. Ölkənizdə ilk konsertimizi də məhz Şəki şəhərində həyata keçiririk. İyulun 1-də festivalın açılışında da iştirak etdik. Açılış mərasimi hamımızın xoşuna gəldi. Festivalda iştirakımızdan çox məmnunuq”.
Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalının iştirakçısı, İstanbul Modern Folk Müzik Topluluğunun bədii rəhbəri Mehmet Mutlu jurnalistlərə müsahibəsində bildirib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 1993-cü ildə yaradılan bu kollektivin hazırda 30 nəfər üzvü olduğunu, festivalda 4 solistlə iştirak etdiklərini bildirən Mehmet Mutlu deyib: “Kollektivimiz əsasən türk xalq musiqisini təbliğ edir. Repertuarda Azərbaycan mahnılarına da geniş yer ayrılıb. Şəki şəhərində ilk dəfədir oluruq. Qədim şəhərdir, çox xoşumuza gəlir. Qonaqpərvərliyiniz də çox yüksəkdir. Biz onsuz da, Azərbaycanı öz vətənimizdən ayrı düşünmürük. Burada özümüzü çox rahat, Türkiyədəki kimi hiss edirik. Festivalın işinə uğurlar arzulayırıq”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info