“İŞİD bütün region üçün ciddi təhlükədir”
Tarix: 03.07.2014 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“İŞİD terror qruplaşması bütün region üçün ciddi təhlükədir”. “Associated Press”in məlumatına görə, bunu İraqın baş naziri Nuri əl-Maliki bəyan edib. Maliki bildirib ki, nə İraqda, nə də qonşu ölkələrdə heç kim bu təhlükədən sığortalanmayıb:
“İŞİD-in “xilafət”in yaradıldığını elan etməsi regiondakı bütün ölkələrə bir mesajdır. Yəni, siz də indi qırmızı dairənin içindəsiniz". Bu arada İŞİD üç gün apardığı şiddətli döyüşlərdən sonra Suriya-İraq sərhədində yerləşən Əbu Kamal şəhərini ələ keçirib. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Məlumata görə, İŞİD qüvvələri İraqdan gəlmiş əlavə silahlı dəstələrin köməyi ilə döyüşdə qələbə qazanmağa müvəffəq olub. “Əl Qaidə”nin Suriyadakı qolu sayılan “Cəbhət ən Nüsrə” qruplaşmasının silahlıları üzərində qələbə çalan İŞİD qüvvələri Deyr -əz-Zor əyalətində yerləşən Əbu Kamal şəhərini tam nəzarətə götürə biliblər. Məlumata görə, döyüşlər hazırda Əbu Kamal şəhərindən 100 km şimalda, “Cəbhət ən Nüsrə” qruplaşmasının bazasının yerləşdiyi Şheyl şəhərində davam edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info