“El Universal”: “Braziliya korrupsiya içində batıb”
Tarix: 03.07.2014 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Son 60 il ərzində ilk dəfə Braziliyanın ən böyük dövlət neft şirkəti olan “Petrobras”da polis şübhəli müqavilələrin istintaqına başlayıb. "El Universal" bu barədə bildirir. Davam edən məhkəmə təkcə investorlar üçün deyil, həm də hakimiyyət üçün böyük narahatçılığa səbəb olub.
Qeyd edək ki, şirkətin keçmiş direktorlarından biri ictimai müqavilələrin yerləşdirilməsi adı ilə qanunsuz olaraq xaricə dollar transferi ilə əlaqədar həbs edilib. Braziliyanın enerji nəhəngi olan “Petrobras”ın son zamanlar imici aşağı düşüb, halbuki, şirkət onilliklər boyu ölkənin milli qüruru hesab edilirdi. Lakin şirkətin rezonans doğuracaq ilk şübhəli alqı-satqısı Amerikanın Texas ştatındakı neft emalı zavodu ilə bağlanan müqavilə oldu. “Petrobras” zavod üçün 1,2 milyard dollar ödədiyini iddia etsə də, sonradan həmin zavod üçün 42 milyon dollar ödənildiyi ortaya çıxdı.
Bu, heç kimdə hər hansı bir şübhə yeri qoymurdu ki, hakim İşçi Partiyası rəhbərliyi müdaxilə etməsə, “Petrobras” fəlakətlə üz-üzə qala bilər. Bununla belə, istintaq zamanı, federal polis ciddi maliyyə pozuntuları, mürəkkəb biznes sxemləri vasitəsilə xaricə pul ötürmələrini aşkar etdi.
Eyni zamanda təsdiq edildi ki, Braziliyada keçirilən futbol üzrə Dünya Kuboku və 2016-cı ildə Olimpiya oyunlarına hazırlıq adı altında külli miqdarda vəsaitlər mənimsənilib. İctimaiyyətdə böyük korrupsiya qalmaqalları ilə müşayiət olunan bu hadisə ölkədə kütləvi xalq etirazlarına gətirib çıxardı. Braziliyalılar ölkə əhalisinin əksəriyyətinin əsas yaşayış şəraitinin aşağı səviyyədə olmasına rəğmən, hökumətin idman obyektlərinin tikintisi üçün böyük məbləğdə pul sərf etməsinə etiraz bildirdilər. Belə ki, onlar öz narazılıqlarını küçələrə axışmaqla bildirdilər. Hökumət kütləvi etirazların qarşısını almaq, polisi xüsusi avadanlıq və silahla təmin etmək üçün 550 milyon dollar sərf etmək məcburiyyətində qaldı .
Əlbəttə, sadə braziliyalının narazılığının kütləvi xarakter alması təəccüblü deyildi. Belə ki, ölkədə federal qanunvericiliyin 40%-nin korrupsiya hadisəsi ilə qarışdığı barədə xəbərlər danışılmaqda idi. Ən çox pozuntu halları, əsasən, stadionların tikintisi zamanı aşkar edildi. Qeyri-rəsmi məlumatlara görə, bu obyektlərin tikintisi zamanı oğurluğun miqdarının təqribən 275 milyon dollar təşkil etdiyi deyilirdi. Ölkənin idman naziri, Kommunist Partiyasının üzvü Aldo Revelo idman obyektlərinin tikintisi üçün tərtib edilmiş sənədləri müxtəlif vasitələrlə istintaq orqanlarından gizlətməyə çalışırdı. Qeyd edək ki, Braziliyada stadionların tikintisi üçün büdcədən 900 milyon dollar ayırılmışdı. Bununla belə, 12 stadionun tikintisi üçün ümumi xərclər 4,2 milyard dollar təşkil edib ki, bu da onların ilkin dəyərindən dörd dəfə çoxdur.
Rio-de-Janeyro Universitetinin professoru Kristofer Qefninin sözlərinə görə, burada biznes elitası arasındakı sövdələşmə açıq-aydın sezilir.
Xatırladaq ki, ölkə prezidenti Dilma Rousef ölkə televiziyasında çıxışı zamanı bildirmişdi ki, ölkədə keçiriləcək futbol üzrə Dünya çempionatı zamanı dörd Braziliya şəhərini birləşdirəcək yüksək sürətli daxili dəmiryolu inşa ediləcək və bu layihə üçün böyük məbləğdə vəsait ayrılıb. Ancaq fransız jurnalı “France Football”un bildirdiyinə görə, pullar xərclənsə də heç bir yüksək sürətli dəmiryolu inşa edilmədi.
Hazırda "əsrin təmizləmə"si kimi tanınan məhkəmə işi başa çatmaq üzrədir. Ölkənin 38 yüksək çinli səlahiyyətlisi kütləvi korrupsiyada ittiham olunurlar. Onlardan 25 nəfəri ölkədə hakimiyyətdə olan İşçi Partiyanın nümayəndələridir və 10 ildən artıqdır ki, səlahiyyətli vəzifə daşıyıcılarıdırlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info