“Qız qalası” kitabı tarixi-memarlıq irsimizlə bağlı yeni mənbədir
Tarix: 03.07.2014 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Azərbaycanın Polşadakı səfiri, tanınmış ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənovun “Qız qalası” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kitabın İçərişəhərdə yerləşən abidələrin, eləcə də Qız qalasının tarixi simasının qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyətə malik olacağını söyləyib.
Bildirilib ki, bu nəşr gələcəkdə tarixi-memarlıq irsimizlə bağlı yeni araşdırmalar zamanı önəmli mənbəyə çevriləcək. Kitabda İçərişəhərdə abidələrin bərpası və mühafizəsi istiqamətində həyata keçirilən layihələrlə yanaşı, elmi araşdırmaların aparılmasının zəruriliyi də önə çəkilib. Kitabın müəllifi Həsən Həsənov gərgin araşdırmalara əsaslanan araşdırma əsərinin əhatə etdiyi tədqiqatlar və əldə olunan nəticələr haqqında məlumat verib. Müəllif bildirib ki, kitabda Qız qalasının tarixi tamamilə yeni bir baxışda araşdırılıb. İndiyədək tarixi mənbələrdə Qız qalasının əksər hallarda eramızın XII əsrinə aid edildiyini, türk əsilli Azərbaycan xalqına aidiyyəti olmadığının göstərildiyini diqqətə çatdıran Həsən Həsənov qeyd edib ki, kitabın əsas məqsədi Qız qalasının hansı xalq tərəfindən tikildiyini aşkara çıxarmaq, həmin xalqın hansı dilə və dinə mənsub olduğunu araşdırıb ortaya qoymaqdan ibarətdir. Müəllif əvvəlki mənbələrdə göstərilən fikirlərin yanlış olduğunu qeyd edərək bildirib ki, Qız qalası eramızdan əvvəl VIII əsrdə tikilib. Belə bir qənaətə gəlməyə arxeoloji cəhətdən əsaslar var. Qeyd edilib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə nəşr edilən yeni kitabın elmi redaktoru mərhum akademik Rasim Əfəndiyevdir. Tədbirdə akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvləri Nizami Cəfərov, Ərtegin Salamzadə, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə və başqaları çıxış edərək əsərin vacib tarixi mənbə olacağına əminliklərini ifadə ediblər. Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info