“Azərbaycanda bütün azadlıqlar tam şəkildə təmin edilir”
Tarix: 03.07.2014 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


“Azərbaycan Meksika iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyub”
Meksikanın “Mundo Internacional” jurnalının yay buraxılışında “Azərbaycanın Milli Günü” sərlövhəli məqalə dərc olunub. Məqalə Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Mexikoda təşkil olunmuş qəbulda ölkəmizin Meksikadakı səfiri İlqar Muxtarovun çıxışı əsasında hazırlanıb.
Səfirlikdən bildiriblər ki, məqalədə 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının böyük tarixi hadisə olduğu vurğulanır. Bildirilir ki, hələ o dövrdə Azərbaycan müsəlman Şərqində qadınlara seçib-seçilmək hüququ vermiş ilk respublikadır. Şərqdə ilk opera və universitet də məhz Azərbaycanda yaradılıb. Lakin 2 il sonra məlum səbəblər üzündən Azərbaycan müstəqilliyini itirib.
Yazıda qeyd olunur ki, Azərbaycan 1970-ci ildən etibarən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yüksək inkişaf yoluna qədəm qoymuş və müstəqilliyini bərpa etdikdən sonra da həmin proses davam edib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ciddi çətinliklərlə üzləşib, Ermənistanın hərbi təcavüzünə və etnik təmizləmə siyasətinə məruz qalıb, ərazisinin 20 faizi işğal altına düşüb. Həmçinin məqalədə Azərbaycanın artıq bu gün dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanınmasından, nüfuzlu beynəlxalq təşkilatların üzvü olmasından söhbət açılır. Bildirilir ki, aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkədə münbit investisiya mühiti yaranıb və son on ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 3 dəfə artıb, yoxsulluğun səviyyəsi 5 faizə enib. Bu gün Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə dünya ölkələri arasında 39-cu yerdə qərarlaşdığı və regionda istehsal edilən ümumi məhsulun 75 faizinin ölkəmizin payına düşdüyü qeyd olunub. Məqalədə Azərbaycan hökuməti tərəfindən altı il bundan əvvəl Latın Amerikasında ilk olaraq Meksikada səfirliyin açıldığı, habelə artıq Argentina, Braziliya, Kolumbiya, Uruqvay və Kubada səfirliklərinin fəaliyyətə başladığı diqqətə çatdırılır. Bildirilir ki, Meksika hökuməti cari ildə Azərbaycanda səfirlik açmaq üçün qərar qəbul edib və bu mühüm hadisə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına töhfəsini verəcək. Eyni zamanda qeyd olunub ki, ötən altı ildə Azərbaycan hökuməti Meksika iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyub. Habelə həmin dövrdə Azərbaycandan Meksikaya yüksək səviyyəli rəsmi şəxslərin səfərləri həyata keçirilib. Sonda vurğulanıb ki, Azərbaycanda bütün azadlıqlar - ifadə azadlığı, mətbuat azadlığı, toplaşma azadlığı tam şəkildə təmin edilir və respublikamızda yüksək tolerantlıq şəraiti mövcuddur. Bütün bunlar müasir Azərbaycanın reallıqlarının bariz nümunəsidir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info