“The Hill” qəzeti konsulumuzun Ermənstanın işğalıçılıq siyasətinə dair məqaləsini dərc edib
Tarix: 03.07.2014 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi oxunan "The Hill" qəzetinin 2 iyul 2014-cü il tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənstanın işğalçılıq siyasətinə dair məqaləsi dərc olunub.
Baş Konsulluqdan verilən məlumata görə, "Dağlıq Qarabağ: sabitliyə və ABŞ maraqlarına təhlükə" (Nagorno-Karabakh: A threat to stability and US interests) başlıqlı məqalədə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləməyə və Azərbaycanın mədəni irsinin dağıdılmasına, həmçinin Ermənistanın müvafiq BMT qətnamələrinə məhəl qoymamasına diqqət çəkilir.
Bildirilir ki, hazırda dünya ictimaiyyətinin diqqəti İraq, Suriya və Ukraynada baş verən böhranlara cəmləşsə də, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində yaranmış durum regional sabitliyə ciddi təhlükə törətməkdə davam etməkdədir. Bu səpkidə Qafqaz regionunun geosiyasi önəminə və ABŞ-ın bu regiondakı maraqlarına toxunularaq, Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı roldan, beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi töhfələrdən və ABŞ-ın Əfqanıstandakı qoşunları üçün yaratdığı vacib dəhliz imkanlarından bəhs olunur, Qafqaz regionundakı sülh və sabitliyin ABŞ-ın regional və qlobal maraqları baxımından mühüm önəm daşıdığı vurğulanır.
Diplomat qeyd edir ki, 90-cı illərdən münaqişənin həllində vasitəçi olan ABŞ Ermənistan tərəfindən Dağlıq Qarabağda yaradılmış rejimi tanımaqdan imtina edib və bu yaxınlarda erməni qoşunlarının Azərbaycanın bəzi işğal olunmuş rayonlarından çıxarılmasının vacibliyini bir daha bildirib. Ancaq müəllifin fikrincə, bütün bunlar təqdirəlayiq olsa da, Ermənistanı öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün kifayət etmir. Qeyd olunur ki, regionda böyük maraqları olan ABŞ Ermənistanın beynəlxalq ictimaiyyətin iradəsini rədd etməsinə və Qafqazda sülhə təhlükə törətməsinə imkan verməməli, Ermənistandan beynəlxalq hüquqa əməl etməyi tələb etməlidir. Baş konsula görə, Ermənistanın tabe olmayacağı təqdirdə, ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməli, onu öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir. Diplomat bildirir ki, bunsuz hər hansı həllə nail olmaq mümkün olmayacaq, qeyri-sabitlik və yeni müharibə təhlükəsi qalmaqda davam edəcəkdir.
Eyni zamanda müəllif, bu il Kaliforniya Ştat Assambleyasında erməni lobbisi tərəfindən irəli sürülmüş qondarma "dqr" ilə bağlı AJR 32 saylı qətnaməyə toxunaraq, belə qərəzli təşəbbüslərin nəinki ABŞ-ın regiondakı mövqeləri üçün ziyanlı olduğunu, həmçinin, bölgədə onsuz da mürəkkəb olan vəziyyəti daha da qəlizləşdirdiyini bildirir.
Bu səpkidə, baş konsul, beynəlxalq hüququ pozan, etnik təmizləməyə bəraət qazandıran, eləcə də Amerika xarici siyasətinə və maraqlarına zidd olan belə qərəzli qətnamələrin qarşısının ABŞ Hökuməti tərəfindən alınmasının vacibliyini vurğulayır.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info