BMT-də Dünyanın Gənc liderləri arasında Dağlıq Qarabağ mövzusu müzakirə edilib
Tarix: 03.07.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


22 iyun 2014-cü ildə Amerika Birləşmiş Ştatlarının Filadelfiya şəhərində yerləşən "Chesnut Hill College"-də start götürən ``Gənc liderlərin dünyanın qlobal problemlərinin həllində rolu`` adlı beynəlxalq layihə iyulun 1-də Nyu Yorkda, BMT-nin qərargahında başa çatıb.
Litva Azərbaycanlı Gənclər Təşkilatından (AYOL) verilən xəbərə görə, 28 Avropa ölkəsindən və cənubi Qafqazdan Azərbaycan, Gürcüstanın qatıldığı tədbirdə gənclər dünyanın qlobal problemləri ilə bağlı statistik və dəqiq faktlara əsaslanan geniş tərkibli təqdimatlar hazırlayıblar.
Qlobal problemlərdən biri kimi ``Məcburi köçkünlər`` mövzusu Azərbaycan təmsilçisi tərəfindən irəli sürülüb və yaradılan qrupda Almaniya, Azərbaycan, Gürcüstan və Polşa təmsilçiləri bir araya gəliblər. 8 gün ərzində hazırlanan təqdimatlar BMT-nin müxtəlif şuralarından olan rəsmilər qarşısında təqdim olunub. Yığılan materiallar əsasında cari ilin sentyabr ayının sonlarında kitab nəşr ediləcək.
Azərbaycan təmsilçisi, Litva Azərbaycanlı Gənclər Təşkilatının sədri Samir Musayev mövzunun aktuallığından geniş yararlanaraq, özünün də Qarabağda doğulmasına baxmayaraq həmin torpaqlara gedə bilmədiyini və bununla bağlı BMT-nin 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyini, bir milyondan artıq məcburi köçkünün 20 ildən artıqdır ki geri dönməməsini gənclərin dili ilə təşkilat rəsmilərinə çatdırıb. Səfər Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
BMT-nin Baş katibi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin əhalinin sülhə hazırlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info