Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Ramazan çadırı” qurulub
Tarix: 03.07.2014 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Ramazan çadırı qurulub.
Şəhərin “Poklonnaya qora” adlanan hissəsində yerləşən “Memorial” məscidin həyətində təşkil olunan iftar süfrəsində Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiyada akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Çadırın girişində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətini əks etdirən fotosərgi təşkil olunub. Ramazan çadırına gələn qonaqlara “Baku”, “AMOR” jurnalları və Fondun nəşrləri paylanıb.
Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Aqşin Əliyev səfir Polad Bülbüloğlunun salamlarını qonaqlara çatdırıb. O, 1993-cü ildən Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunduğunu söyləyib.
Daha sonra çıxış edən Rusiyanın Müftilər Şurasının sədr müavini Şamil Həzrət Alyautdinov Rusiyada yaşayan bütün müsəlmanları müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edərək tədbirin təşkilatçılığına görə Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya təşəkkürünü bildirib.
700 nəfərdən çox qonağın iştirak etdiyi tədbirdə “Qurani-Kərim”dən surələr və iftar duası oxunub, qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info