Misirin “Kanal-2” televiziya kanalında Azərbaycan reallıqları
Tarix: 03.07.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Misirin geniş tamaşaçı auditoriyasına malik “Kanal-2” televiziya kanalı Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin müsahibəsini yayımlayıb.
Misir-Azərbaycan münasibətlərindən danışan səfir əlaqələrin yaxşı səviyyədə olduğunu bildirib. O, 1993-cü ildə Misirin Azərbaycanda, 1994-cü ildə isə Azərbaycanın Misirdə səfirliklərinin açıldığını bildirib, ikitərəfli və çoxtərəfli əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu vurğulayıb. Misir və Azərbaycan arasında son illərdə iqtisadi, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini söyləyən səfir Azərbaycandan Misirə neft və neft məhsullarının ixrac olunduğunu diqqətə çatdırıb. Ş.Abdullayev Azərbaycanın Misir ilə turizm sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edib, ölkəmizin turizm imkanları, o cümlədən qış turizmi, müalicəvi palçıq və neft haqqında danışıb. Səfir ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafı üçün birbaşa hava reysinin açılması məsələsinin gündəmdə olduğunu vurğulayıb. Diplomat Azərbaycanın Misirin beynəlxalq iqtisadi layihələrində iştirak etməkdə maraqlı olduğunu qeyd edib. O, Azərbaycanın həm investisiya yatırılan, həm də yatıran ölkə olduğunu diqqətə çatdırıb. Ölkəmizin Şərqi Avropa dövlətlərinə, həmçinin Türkiyə, Gürcüstan və Rusiyaya investisiyalar qoyması ilə bağlı məlumat tamaşaçıların diqqətinə çatdırılıb.
Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən söhbət açan səfir son səkkiz ildə yoxsulluq həddinin 49 faizdən 5 faizə düşdüyünü bildirib, bunun əsas səbəbinin Azərbaycanın neft və qaz ölkəsi olmaqla yanaşı, burada düzgün idarəçilik sisteminin formalaşdırılması ilə əlaqədar olduğunu deyib. Həmçinin bu inkişafın əmin-amanlığın və sabitliyin qorunması nəticəsində mümkün olduğunu vurğulayıb. Səfir enerji sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi və həmin sahənin, xüsusilə də səhiyyənin və təhsilin inkişaf etdirilməsi, xaricdə təhsil almaq üçün dövlət proqramlarının həyata keçirilməsi barədə danışıb. Ş.Abdullayev Azərbaycanın əsas problemi sayılan və ümumiyyətlə region üçün böyük təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu söyləyən diplomat həmin torpaqlarda Ermənistanın etnik təmizləmə siyasəti apardığını, mədəni və tarixi abidələrin dağıdıldığını, işğal nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. O, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyini, lakin Ermənistanın həmin qətnamələrə indiyədək məhəl qoymadığını qeyd edib. Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayan səfir ölkənin Ramazanla bağlı adət-ənənələri barədə də məlumat verib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info