PA rəsmisi gənc könüllüləri Avropa Oyunları ilə bağlı tədbirlərdə aktiv iştiraka çağırıb
Tarix: 03.07.2014 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


“Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1994-cü ildə yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi olub. 20 il keçib, artıq demək olar ki, Gənclər və İdman Nazirliyi üzərinə düşən vəzifəni yerinə yetirib, gənclər təşkilatları ilə sıx əlaqə qurub, gənclər siyasətinin həyata keçirilməsinə gənclər təşkilatlarını cəlb edib”.
Bunu Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülər Xidməti” Proqramı və “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı mərasimində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov söyləyib.
T. Süleymanov deyib ki, prezident İlham Əliyev də gənclər təşkilatlarının fəallıqlarını xüsusi vurğulayıb: "Gənclər təşkilatlarının fəal olması iki amillə bağlıdır. Birinci səbəb gənclərin cəmiyyətin ən fəal, təşəbbüskar, innovasiyalara meylli olmasıdır. İkinci səbəb isə dövlətin gənclər təşkilatlarına dəstəyi ilə bağlıdır”.
Ölkədə yaradılmış 3000-dən çox QHT-dən 300-nün gənclər təşkilatı olduğunu bildirən T. Süleymanov gənclər təşkilatlarının layihələrinə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu tərəfindən dəstək verildiyini və buna görə də ən böyük layihələrin gənclər təşkilatları tərəfindən həyata keçirildiyini nəzərə çatdırıb. O, 250 aktiv gənclər təşkilatının 110-nun Gənclər Təşkilatları Milli Şurası ətrafında birləşdiyini də qeyd edib.
T. Süleymanov Vətənə, dövlətə könüllü xidmət göstərməyin ən nəcib xidmət olduğunu vurğulayıb: “Bu keyfiyyət tarixən xalqımıza xas olub və bu gün də xasdır. Ancaq bu gün Azərbaycanda demək olar ki, tez-tez böyük beynəlxalq tədbirlər keçirilir. İndiyə qədər bu tədbirlərdən ən böyüyü, ən kütləvisi “Eurovision” Mahnı Müsabiqəsi olub. Bunun da səbəbi gənclərin bu tədbirə aktiv qoşulması idi. Gələn il isə Bakıda Avropa Oyunları keçiriləcək. Qonaqların qarşılanması, xalqımızın adət-ənənələri ilə tanış edilməsi və digər istiqamətlərdə könüllülərin üzərinə böyük iş düşəcək. Gənclər və İdman Nazirliyinin yaradılması münasibəti ilə gəncləri, gənclər təşkilatlarını təbrik edirəm”.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil
22.02.2019
MŞ sədri bölgə qəzetinin 95 illik yubileyi ilə bağlı mərasimdə iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info