Azərbaycanla İngiltərənin İKT şirkətləri üçüncü ölkələrin bazarlarına çıxmaq niyyətindədir
Tarix: 03.07.2014 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri və İnternet İdarəçiliyi Forumunun baş katibinin dəvəti ilə Londonda “Qlobal İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısı”nda iştirak edib. Səfər zamanı ölkəmizdə bu sahədə aparılan islahatlar, dünyada mövcud olan İKT və internet problemlərindən danışılıb. Düzdür, Azərbaycanda İKT-nin inkişaf səviyyəsi Böyük Britaniyadakı kimi olmasa da, ingilis şirkətləri Azərbaycanda bu sahəyə maraqlarını ifadə edirdilər. Bu barədə “StartUp mühitinin formalaşdırılmasında dövlətin, özəl sektorun və investorların dəstəyi” adlı konfransda çıxışı zamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, səfər zamanı İngiltərədə bir çox layihələr müzakirələr olunub: “Qərara gəldik ki, Azərbaycan İngiltərə şirkətləri birlikdə müəyyən layihələr həyata keçirsinlər. Əsas məqsəd Azərbaycan şirkətlərini gücləndirərək, onlara maliyyə resursları və ya müəyyən güzəştlər tətbiq etməklə, ingilis və ümumiyyətlə, dünyanın digər şirkətləri ilə birgə üçüncü bazarlarda iştirakını genişləndirməkdir”.
Qeyd edək ki, “StartUp Azərbaycan" layihəsi ilə bağlı 2 ay davam edən yarışmaya 47 layihə təqdim edilib. Qaydalara cavab verən 28 layihə müsabiqəyə buraxılıb.
Səkkiz ekspertin iştirakı ilə keçirilən qiymətləndirmə əsasında 6 layihə finala çıxaraq qalib gəlib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info