Tələbələrə pulsuz istirahət putyovkaları və adlı təqaüdlər veriləcək
Tarix: 03.07.2014 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Azərbaycanda elmdə və təhsil alanların elmi tədqiqat işinin təşkilində uğur əldə edən tələbələrə pulsuz istirahət putyovkaları və adlı təqaüdlər veriləcək.
Təhsil Nazirliyinin məlumatına görə, bu, təhsil nazirinin əmri ilə təsdiqlənən "Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə"də öz əksini tapıb. Əsasnaməyə görə, elmdə və təhsil alanların elmi tədqiqat işinin təşkilində əldə etdikləri nailiyyətlərə görə tələbələr ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Fəxri fərman, diplom, qiymətli hədiyyələr, pul mükafatları, pulsuz istirahət putyovkaları və s. ilə rəğbətləndirilə bilər.
Elmi nailiyyətlər qazanmış tələbələr xarici ölkələrdə keçirilən elmi olimpiada, konfrans, müsabiqə və sərgilərdə iştirak etmək üçün ali təhsil müəssisəsinin vəsaiti hesabına göndərilə bilər. Fəal elmi işlə məşğul olan və təhsildə yüksək göstəricilər əldə edən tələbələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada adlı təqaüdlər verilə bilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır
24.05.2019
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info