Tələbə Elmi cəmiyyətləri haqqında əsasnamə təsdiqləndi
Tarix: 03.07.2014 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın ali məktəblərində Tələbə Elmi cəmiyyətləri (TEC) yaradılacaq. Təhsil Nazirliyinin məlumatına görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş "Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnamə"yə əsasən, bu qurumlar elmi tədqiqat və elmi-təşkilati işlərdə fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsili sahəsində isə ali tibb təhsili müəssisələrində və rezidenturada təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır. Cəmiyyətlər ali təhsil müəssisəsinin rəhbərliyinə tabedir və müəssisənin Elmi Şurası qarşısında hesabat verir. Bu cəmiyyətlər bir sıra vəzifələrlə yanaşı, tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi ilə də məşğul olacaq. Tədris planını müvəffəqiyyətlə yerinə yetirən və fəal elmi tədqiqat işi ilə məşğul olan tələbələr TEC-in üzvü ola bilərlər. TEC-in fəaliyyəti ali təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq müəyyən edilən müxtəlif büdcə və büdcədənkənar maliyyə mənbələrindən maliyyələşdirilir.
Elmi tədqiqat işlərində iştirak edən tələbələr ali təhsil müəssisəsinin kafedralarının, elmi tədqiqat institut, mərkəz və laboratoriyalarının avadanlıqlarından istifadə edirlər. Tələbə elmi tədqiqat və layihə-konstruktor işləri üçün tələb olunan lazımi maliyyə xərcləri (avadanlıq, enerji, kimyəvi maddəbr, materiallar və s.) ali təhsil müəssisəsinin büdcə və büdcədənkənar vəsaitləri hesabına ödənilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info