Sarkozini 10 il həbs gözləyir
Tarix: 03.07.2014 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Fransada sabiq dövlət başçısı Nikola Sarkozi ona qarşı irəli sürülən ittihamlarla əlaqədar şok keçirdiyini, ittihamların isə gülünc olduğunu bildirib. Rüşvətxorluqda ittiham olunan Sarkozi ittihamlara cavab verib: "Bütün bu ittihamlar sonda Fransanın keçmiş prezidentinə 10 ilə qədər həbs cəzası kəsilməsi ilə nəticələnə bilər". Keçmiş prezident və onun vəkili Tyerri Hersoq prezident seçkiləri ilə əlaqədar keçirilən təşviqat kampaniyası öncəsində Liviyanın sabiq prezidenti Müəmmər Qəddafidən 50 milyon avro maliyyə yardımı almaqda ittiham olunurlar. Bu fakt Sarkozinin vəkili ilə telefon danışığı zamanı üzə çıxıb: “Baş verənlər məni təəccübləndirdi. Mən heç kimdən mənə qarşı xüsusi münasibət göstərməsini istəmirəm. Əgər səhv bir hərəkət etmişəmsə, nəticələrinə qatlaşmağa hazıram. Mən məsuliyyətdən qaçan adam deyiləm. Lakin buradan məni izləyənlərə səslənirəm, bəs mənə aid məhrəm söhbətlərin gizli şəkildə dinlənilməsi nə dərəcədə doğrudur?”
Sarkozi ona qarşı sürülən ittihamların siyasi manipulyasiya olduğunu deyib. Sabiq dövlət başçısının təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Dünya Səhiyyə Təşkilatı: Konqoda Ebola virusundan ölənlərin sayı 600-ü ötüb
25.03.2019
Çində partlayış və yanğın nəticəsində ölənlərin sayı 78-ə çatıb
25.03.2019
Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq
24.03.2019
Türkiyə Mozambikə humanitar yardım göndərib
24.03.2019
Tailandda parlament seçkiləri keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info