Qaçaqmalçılıqla məşğul olanlar saxlanılıb
Tarix: 03.07.2014 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Belə ki, bu günlərdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaşaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıb.
DGK-nin Mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Talıbov Şahin Məhəmmədəli oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılmış və onun üzərindən 160,490 qram narkotik vasitə-heroin aşkar edilib.
İbtidai istintaqla müəyyən edilib ki, Talıbov Şahin Məhəmmədəli oğlu İran İslam Respublikasının Təbriz şəhərində istintaqla müəyyən edilməmiş mənbədən külli miqdarda, 160,490 qram heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə edib , 86,200 qramlıq və 74,290 qramlıq 2 ədəd şəffaf sellofan kəsiyi bükümündə qablaşdırıb saxlayıb, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayaqlarına geyindiyi corabların içərisində, ayaqlarının altında yerləşdirərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə daşıyıb və Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılarkən qeyd edilən narkotik vasitəsi ondan aşkar edilərək götürülüb.
Talıbov Şahin Məhəmmədəli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 206.2 və 234.43-cü maddələri ilə ona ittiham elan edilib.
Digər Azərbaycan Respublikası vətəndaşı Əliyev Camal Eldar oğlu SU 1855 saylı Bakı-Moskva aviareysi ilə getmək istəyərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda əl yükünü X-Ray rentgen aparatına qoyub, gömrük nəzarəti zamanı monitorda dərman preparatlarının təsvirləri görüb. Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq C.E.Əliyevin əl yükünə gömrük baxışı və üzərində şəxsi yoxlama aparılıb, ona məxsus çantaya keçirilmiş gömrük baxışı zamanı, çantada olan 1 ədəd sellofan paketin içərisindən cəmi 12 konvalyutdan 60 ədəd üzərində “Methadone 5mg” sözləri yazılmış ampulalar aşkar olunub. Aşkar olunan preparatlar qablaşdıralaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.
Qeyd olunan əşyalar bioloji və fiziki-kimyəvi ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspert arayışına əsasən, tədqiqata təqdim olunmuş ampulalar şəffaf rəngsiz maye-metadon adlı dərman preparatıdır. Xatırladaq ki, metadon adlı dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in 2-ci siyahısına daxildir.
Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info