ADA Universiteti ilə Pekin Dillər və Mədəniyyət Universiteti arasında memorandum imzalanıb
Tarix: 03.07.2014 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


ADA Universitetinin nümayəndə heyəti Çinə işgüzar səfər edib.
ADA-nın Kommunikasiya Departamentindən verilən məlumata görə, səfərin məqsədi ADA Universitetini təbliğ etmək, tələbə və müəllim heyətinin mübadiləsi, çinli tələbələrin ADA-ya cəlb edilməsi və yay məktəbləri, konfranslar kimi birgə layihələr vasitəsi ilə Çin universitetləri ilə əməkdaşlıq imkanlarını araşdırmaq, “Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi” adlı kitabın təqdimatını keçirmək, o cümlədən enerji və ətraf mühit məsələləri ətrafında ikitərəfli münasibətləri müzakirə etmək olub.
Səfər çərçivəsində nümayəndə heyəti Pekin Dillər və Mədəniyyət Universiteti, Pekin Dövlət Universiteti, Çin Beynəlxalq Münasibətlər İnstitutu, Çin Diplomatiya Akademiyası, Konfusi İnstitutu və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiyaşünaslıq İnstitutunun rəsmiləri ilə görüşlər keçirib və müzakirələrdə iştirak edib.
Qeyd edək ki, səfər zamanı ADA Universiteti ilə Pekin Dillər və Mədəniyyət Universiteti arasında ikitərəfli əlaqələrin inkişafına dair anlaşma memorandumu imzalanıb.
Nümayəndə heyətinə ADA-nın prorektoru Fariz İsmayılzadə, ADA Universitetinin Tədris işləri üzrə prorektorunun müavini Anar Vəliyev, ADA-nın tədqiqatçısı Taleh Ziyadov, ADA Universitetinin Beynəlxalq əlaqələr ofisinin rəhbəri Rəhman Şahhüseynli və Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Rəşad Kərimov daxil olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info