“Foreign Policy”: “Amerikan dəyərləri dünyadakı xaosun səbəbidir”
Tarix: 03.07.2014 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


“Foreign Policy” ABŞ-ın dünyada yürütdüyü siyasət və onun acı nəticələri barəsində maraqlı yazı yazıb. Yazıda demokratiyanın, liberalizm və insan haqları barədə bilgilərin yayılmasının nəyə görə neqativ nəticələrə gətrib çıxardığı haqda bildirilir: “Bu gün nələr görürük? İraq idarəolunmazdır. İŞİD yenicə yeni xilafətin yaradıldığını elan edib. Əfqanıstandakı prezident seçkiləri ciddi mübahisələr yaradıb və daha çox ürəkbulandıran olub. İranla nüvə danışıqları ləng gedir, bu danışığın düşmənləri isə onun kəsilməsi üçün yeni tələlər axtarırlar, dəridən-qabıqdan çıxırlar. Ukraynada isə qarışıqlıqdır, orada elan olunmuş atəşkəs də ləğv olunub. Çin özünün iti caynaqları ilə hərəkət etməkdə davam edir. Yaponiya isə daha çox döyüşkənlik nümayiş etdirməyə başlayıb. Britaniya isə Avropa Birliyindən çıxmağa yaxındır. Dünyadakı bu cür situasiyaları sadalamağa davam etsək, əhvalımız daha da korlanar. Bax budur, “yeni dünya nizamı”. Bunu böyük Corc Buş Berlin divarlarının yıxılmasından sonra təntənə ilə elan etmişdi. Bəs hanı o? Artıq tarixin sonudurmu? Yəqin ki, buna Frensis Fukuyamanın özü də inanmır. Bütövlükdə insan qəddarlığı və zorakılığı ola blər ki, azalmağa doğru getsin. Amma dünya siyasəti hər həftə daha çox nəzarətdən çıxmaqdadır”.
Daha sonra qeyd edilir ki, bu gün dünyada baş verənlərə görə, demokratlar kiçik Corc Buşu günahlandırırlar: “Respublikaçılar isə hesab edirlər ki, Barak Obama və Hillari Klinton hər şeydə günahkardır. Hər iki tərəfin özlərinin siyasi motivasiyalı ittihamlarını əsaslandırmaq üçün kütləvi sayda sübutları var. Amma əslində günahkarlar onlar deyil. Soyuq müharibədən sonra hər üç prezidentdən biri öz payına düşən səhvləri edib, amma bu uğursuzluqların ümumi kökləri var. Burada söhbət amerikan xarici siyasətinin aparılmasında liberal idealizmin təsirindən gedir. Bu, partiya çərçivələrini keçərək Demokratlar Partiyasından olan liberal internasionalistlərlə Respublikaçılar Partiyasından olan neokonservatorları bir araya gətirir. Liberalizmin Şərqi Avropada yayılmasına çalışmaq NATO-nun genişləndirilməsinə əsaslanır. Bu isə vacib bir səbəbdir ki, liberal qırğıları İraqda neokonservatorları dəstəkləməyə məcbur etsin.

ABŞ-ın 11 sentyabrdan sonra bütün diqqəti “Əl Qaidə”yə yönəltmək üçün Əfqanıstana və bütün Yaxın Şərqə demokratiya ixracı cəhdləri də bununla aydınlaşır.
Bu cəhdlər Bill Klintonun “genişlənmə və əməkdaşlıq”, Corc Buşun “azadlıq doktrinası” , Barak Obamanın “ərəb baharı”na dəstəyi və Liviyaya müdaxiləsinin əsasında dayanır. Bir sözlə, bu cəhdlər ABŞ tərəfindən son zamanlar yürüdülən xarici syasətin əsasını təşkil edir”.
Daha sonra yazıda liberalizmin siyasi və mənəvi məqsədlərə nail olunmasında göstərdiyi maneələrdən, onun prinsiplərinin “dünya nizamı”nın yaradılmasına törətdiyi əngəllərdən söhbət açılır.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info