Rafael Harpaz AzərTAc-da olub
Tarix: 03.07.2014 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub. Görüşdə informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
AzərTAc-ın baş direktoru Aslan Aslanov ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik tarixə malik əlaqələrdən danışmış, son illərdə bu münasibətlərin inkişafında xəbər agentliklərinin rolunu vurğulayıb.
AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatındakı rolu barədə ətraflı məlumat verən baş direktor Azərbaycan ilə İsrailin nüfuzlu beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Qonağa beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda keçiriləcəyi və 2019-cu ilədək bu qurumlara AzərTAc-ın rəhbərlik edəcəyi barədə məlumat verilib.
Azərbaycanda söz və mətbuat azadlığının təmini sahəsində görülən işlərdən danışan AzərTAc-ın baş direktoru son illərdə ölkəmizin regionlarında da informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyini, əhalinin 70 faizindən çoxunun internet istifadəçisi olduğunu diqqətə çatdırıb.
Azərbaycanın sürətli inkişafından məmnunluq duyduğunu bildirən səfir R.Harpaz ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı neft-qaz və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb, dövlətlərimiz arasında münasibətlərin sağlam məcrada davam etməsində milli xəbər agentliklərinin mühüm rol oynadığını söyləyib.
Zəngin tolerantlıq ənənələrinə sadiq qalan Azərbaycanda bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində yaşadığını xüsusi vurğulayan səfir bu modelin dünya ölkələri üçün uğurlu örnək olduğunu deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir İsrailin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu söyləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info