Velosipedçilərimiz “Həmrəylik və Olimpiyaçılar” yürüşündə
Tarix: 03.07.2014 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Polşada Beynəlxalq Velosipedçilər İttifaqının “Həmrəylik və Olimpiyaçılar” yürüşündə mübarizə aparırlar. Heyətə 6 velosipedçi - Azərbaycan çempionu Elçin Əsədov, həmçinin ölkə birinciliyinin mükafatçıları Tural İsgəndərov ilə Samir Cəbrayılov, eləcə də Maksim Averin, Daniel Klemme və Aleksandr Surutkoviç daxildir.
Sayca 25-ci dəfə təşkil edilən yarışın ilk günündə iştirakçılar 2 mərhələdə mübarizə aparıblar. Səhər 115.5 kilometr məsafə qət edən velosipedçilər, axşam proqramında 82 kilometr məsafəyə yürüş ediblər. Velosipedçimiz Daniel Klemme hər iki halda finişi mərhələ qalibi ilə eyni vaxtda keçsə də, fotofinişə əsasən 12-ci olub.
Diqqət cəlb edən məqam Tural İsgəndərovun ilk mərhələdə xoşagəlməz halla üzləşərək toqquşma nəticəsində yıxılması olub. Amma tibbi müayinə idmançımızda ciddi fəsadlar aşkar etməyib və o, 2-ci mərhələdə iştirak edərək finişi liderlə eyni vaxtda keçən pelotonun içərisində olub.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info