Qərib Məmmədov Qəbələ şəhərində vətəndaşları qəbul edib
Tarix: 04.07.2014 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov iyulun 4-də Qəbələ şəhərində vətəndaşları qəbul edib.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, Qəbələ Şəhər Mədəniyyət Evində keçirilən qəbulda DTXK-nın sədri Qərib Məmmədov İsmayıllı, Şamaxı, Qəbələ və Ağsu rayonlarından olan 40-dan çox vətəndaşın müraciətini dinləyib.
Vətəndaşların bəziləri Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvi ucbatından siyahıya salınmaması, mülkiyyətçilər arasında torpaq-sərhəd mübahisəsi məsələlərini qaldırıblar. Qəbula gələnlərin bir qismi isə torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və s. müəyyən texniki qüsurlara yol verildiyi, yerli aqrar islahat komissiyasının qərarı ilə paylarına daxil edilib və bağ kimi istifadə etdikləri, lakin dövlət meşə fonduna aid torpaq sahələrinin özəlləşdirilməsi barədə müraciət ediblər.
Müraciətlərdə qaldırılan məsələlər həlli bilavasitə DTXK-ya aid olduğu hallarda, qəbulun keçirildiyi gün ərzində mütəxəssislər vasitəsilə yerlərdə yer quruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri DTXK-nın kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb və komitənin müvafiq məktubları ilə aidiyyəti qurumlara ünvanlanıb.
Vətəndaşların müraciətlərində öz səlahiyyətlərinə aid işlərin qısa müddətdə icrası məqsədilə DTXK-nın aidiyyəti rayon və şəhər şöbələrinə də rəsmi qaydada tapşırıqlar verilib.
Qəbulla bağlı KİV-də əvvəlcədən elan verilib və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin region üzrə bütün strukturlarının və rayon (şəhər) şöbələrinin yerləşdiyi inzibati binaların qarşısında müvafiq elanlar yerləşdirilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb
22.08.2019
Leyla Axundzadə “Mikayıl Müşfiq” gəmisini ziyarət edib
21.08.2019
“Övladım və Mən” adlı layihə həyata keçirilib
21.08.2019
“Kürəkənimin dəfn mərasiminə gəlməyin”
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi büdcədən maliyyələşəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info