BANM-də “Abituriyentlərin imtahana psixoloji hazırlığı“ adlı layihə həyata keçirilib
Tarix: 04.07.2014 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM), Sabancı Universiteti, Hədəf Kursları və Psixologiya-Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə BANM-də 2 günlük "Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı layihə həyata keçirilib.
BANM-dən verilən məlumata görə, iki gün davam edən seminarın keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyəcan və narahatçılığın aradan qaldırılması və vaxtın idarə olunmasına kömək etmək olub.
Layihədə respublikamızın tanınmış psixoloqları ilə yanaşı Türkiyə Respublikasından dəvət olunmuş professorlar abituriyentlərə özünə inam, diqqət və konsentrasiya, stress, həyəcan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində vaxtın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün qərar vermələri ilə bağlı məsləhətlər veriblər.
Qarşıdan gələn qəbul imtahanlarında abituriyentlərə uğurlar arzu edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bu kimi layihələrin təşkil olunmasını təhsilin inkişafında uğurlu addımlardan biri kimi hesab edir. O qeyd edib ki, beynəlxalq təcrübədə imtahan öncəsi bu tip seminarların keçirilməsi abituriyentlərin qəbul imtahanlarında daha yaxşı nəticə göstərdiyini sübut edib. Bu baxımdan belə layihələrin tez-tez təşkil olunması istər abituriyentlər üçün istərsə də onların valideynləri üçün olduqca önəmli və vacibdir.
Tədbirdə çıxış edən Hədəf kurslarının direktoru Şəmil Sadıq bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinə əsasən gənclərin özlərini yüksək səviyyədə inkişaf etdirmələri üçün dövlət tərəfindən yüksək şəraitin yaradıldığını qeyd edib və bildirib ki, öz gələcəyini və ölkəmizin gələcəyini düşünən hər bir gənc bu imkanlardan maksimum yaralanmalıdır. Daha sonra Ş. Sadıq hər bir abituriyentə ən çox istədikləri tələbə adını qazanmalarını diləyib.
Tədbirin sonunda ən fəal iştirakçılara Bakı Ali Neft Məktəbinin, Sabancı Universitetinin və Hədəf kurslarının hədiyyələri təqdim olunub.
Layihənin ən fəal iştirakçısı Nigar Qasımova isə Sabancı Universitetinin dəstəyi ilə iki günlük İstanbul gəzintisi hüququ qazanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info