“Rusiya casusluğa qarşı proqram hazırlayıb”
Tarix: 04.07.2014 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


“Amerikalılar xarici kəşfiyyatın köməyi ilə hər hansı bir dövlətin nəinki ünsiyyət hədəflərini əldə edə bilər, hətta onların xarici hesabat hədəfləri barədə məlumat əldə edə bilər.
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi məhkəmədən 193 dövlətin xarici kəşfiyyatı ilə bağlı məlumat əldə etmək üçün icazə əldə edib”. Bu barədə hələ 2010-cu ildə «The Washington Post» qəzetində nəşr edilən hökumət sənədinə istinadən «The New York Times» qəzeti məlumat verir. Məlumatda bir daha qeyd edilir ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi Amerika şirkətləri vasitəsilə deyilənləri həyata keçirmək iqtidarındadır.
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin casus əldə biləcəyi dövlətlərin siyahısına Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya istisna olmaqla, faktiki olaraq bütün ölkə daxildir. Qeyd edək ki, adı açıqlanan 193 ölkənin siyahısında bütün postsovet dövlətlərinin, o cümlədən Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya və Ukraynanın da adı daxildir.
Bu arada Rusiyanın tətbiq etdiyi yeni mühafizə mobil əməliyyat sistemi hər hansı mümkün məlumatın sızmasının qarşısını hərtərəfli müdafiə ilə təmin edə bilir. Mobil OS "RCISCU" qurğusu rusların yeni kəşfidir. Bu bərədə Rusiya İnformatika və idarəetmə sistemlərinin Mərkəzi Tədqiqat İnstitutunun direktor müavini Dmitri Petrov məlumat verib. Onun sözlərinə görə, ilk yerli mobil əməliyyat sistemi telefon dinləmələrinin mümkünlüyünü aradan qaldırır və şəxsi məlumatların sızma prosesinə qarşı 100% təminat verir. Əməliyyat sisteminin əsas xüsusiyyətlərindən biri də internetə təhlükəsiz çıxışın təmin edilməsidir: OS zərərli proqramlardan qorunmaya qarşı müdafiə sistemi ilə təchiz olunub. Dmitri Petrov rus mütəxəssislərinin hüquq-mühafizə əməkdaşlarının istifadəsi üçün yeni planşetlər hazırlayacağını da qeyd edib.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24.05.2019
İraqın şimalında türk әsgәri şәhid olub
24.05.2019
Hindistanda baş verən yanğında azı 15 yeniyetmə həyatını itirib
24.05.2019
Tereza Mey istefasını elan edib - VİDEO
24.05.2019
İğtişaşların ardı-arası kəsilmir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info