Azərbaycan regionun sənaye mərkəzinə çevrilir
Tarix: 04.07.2014 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Müasir texnologiyalara əsaslanan sənaye parkları, istehsal müəssisələri yaradılır

Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayenin inkişafının sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən 2014-cü ilin "Sənaye ili" elan olunması aparılan işləri daha da genişləndirib və sənayeləşməni sürətləndirib. Artıq Azərbaycanda müasir standartlara cavab verən, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən çoxsaylı sənaye müəssisələri fəaliyyət göstərir.
Prezidentin 12 mart 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, ölkəmizin sənaye potensialı və yeni yaradılan müəssisələrlə tanışlıq məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi KİV nümayəndələrinin sənaye müəssisələrinə səfərlərini təşkil edir. İlk belə məlumat turu iyulun 3-də Sumqayıt şəhərində yerləşən müəssisələrə təşkil edilib. Media nümayəndələri əvvəlcə “Gilan” Tekstil Parkında olublar. Burada KİV nümayəndələrinə məlumat verilib ki, 2012-ci ildə fəaliyyətə başlayan “Gilan” Tekstil Parkı 8 fabrik və 3 istehsal xəttindən ibarətdir. Parkın ərazisində yerləşən 3 fabrikin tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 15 milyon manat güzəştli kredit ayrılıb. Parkda Azərbaycan pambığından ən müasir standartlara cavab verən tekstil məhsulları istehsal edilir. “Gilan” Tekstil Parkına daxil olan müəssisələrin avadanlıqları Avropa texnologiyası əsasında qurulub. Hazırda parkda müxtəlif növ parça, yataq dəstləri və digər trikotaj məhsulları, həmçinin müxtəlif təyinatlı odadavamlı, sukeçirməz xüsusi formalar, hərbi və idman geyimləri istehsal olunur. “Gilan” Tekstil Parkında istehsal edilən məhsullar “GİLTEX” markası ilə Rusiya, Ukrayna və Gürcüstana ixrac edilir. Parkda hazırda 1000 nəfərə yaxın işçi çalışır.
Məlumat turu çərçivəsində KİV nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında da olublar. Burada KİV nümayəndələri üçün SKSP barədə təqdimat keçirilib, videoçarx nümayiş olunub. Məlumat verilib ki, Sumqayıt Kimya Sənaye Parkı 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı əsasında yaradılıb. Azərbaycanda yüksək texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli sənaye istehsalını inkişaf etdirmək, qeyri-neft sektorunun davamlı inkişafına töhfə vermək, sənaye sahəsində məşğulluğu artırmaq, sahibkarlığı dəstəkləmək, ölkə iqtisadiyyatının ixrac və rəqabət qabiliyyətini, idxalı əvəz edən məhsulların istehsalını artırmaq, investisiyalar və müasir texnologiyalar cəlb etmək məqsədilə yaradılan parkın fəaliyyəti üçün 295,5 ha sahə ayrılıb. Ərazi 2 hissədən - inzibati-sosial və sənaye zonalarından ibarətdir. Sənaye Parkının inzibati-sosial zonası inzibati bina, Peşə Tədris Mərkəzi, tədris emalatxanası, sərgi-konfrans, laboratoriya tədqiqat mərkəzi, açıq və qapalı idman zalları, uşaq bağçası və otel-yataqxana komplekslərindən ibarət olacaq. Sənaye Parkının ərazisində orta hesabla 35-40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada 10 minə yaxın iş yerinin açılması gözlənilir. Sənaye zonası inşaat, aqrar sənaye, məişət və tibbi kimya, qablaşdırma məhsulları istehsalı və s. kimi alt sahələrə bölünəcək. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən avadanlıq və texnologiyalar əlavə dəyər vergisindən azaddır. Artıq “Azertexnolayn” MMC və “SOCAR Polymer” MMC-yə rezident statusu verilib. Sonra KİV nümayəndələri ərazidə aparılan tikinti işləri, eləcə də Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Azertexnolayn” MMC-nin Polad Boru Zavodu ilə tanış olublar. KİV nümayəndələri “Azərsun Sənaye Parkı”nda fəaliyyət göstərən Yağ Emalı Fabrikində də olmuşlar. Burada mətbuat nümayəndələrinə məlumat verilib ki, zavodun inşasında dövlətin güzəştli kreditlərindən də istifadə edilib. Xam yağ qəbulu, rafinləşdirmə, marqarin paketləmə, duru yağ qablaşdırma, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma bölmələrindən ibarət müəssisədə istehsal sahələri böyük təcrübəyə malik şirkətlərin müasir avadanlığı ilə təchiz edilib. Fabrikdə müxtəlif növ yağlar istehsal olunur. Müasir texnologiyaların və avadanlığın hesabına burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətədavamlılığı ilə də seçilir. KİV nümayəndələrinə xam yağın qəbulu, rafinləşdirmə bölmələri, marqarin paketləmə və digər sahələr barədə geniş məlumat verilib, Bakı Qida və Yağ Fabriki tərəfindən istehsal edilən qida yağlarının artıq ölkə hüdudlarından kənarda da böyük rəğbət qazandığı bildirilib. Sənaye müəssisələrinə təşkil edilmiş ilk məlumat turu KİV nümayəndələri tərəfindən maraqla qarşılanıb, media nümayəndələrinin müəssisələrin fəaliyyətinə dair sualları cavablandırılıb. “Sənaye ili” çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən digər sənaye müəssisələrinə də məlumat turlarının təşkili nəzərdə tutulur.

İlkin







 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info