Türkiyə XİN: “Sentyabrda Ermənistanla sərhədlər açılmayacaq”
Tarix: 04.07.2014 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Türkiyənin bu ilin sentyabr ayında Ermənistanla sərhədi açacağı barədə məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib. XİN-də deyiblər ki, xəbərin əsassız və yalan olması barədə nazirlik adından rəsmi açıqlama yayımlanacaq.
Qeyd edək ki, Türkiyənin «Taraf» qəzeti Ermənistanla sərhəddəki Əlican sərhəd-keçid məntəqəsinin sentyabr ayında açılması üçün hazırlıqlara başlandığı barədə məlumat yayıb.
Qəzetin yazdığına görə, Əlican məntəqəsinin açılması üçün hazırlıqların tamamlanması barədə tapşırıq baş nazir Rəcəp Tayyip Ərdoğan tərəfindən verilib. Əlican keçid məntəqəsinin açılması ilə Türkiyə ABŞ və Ermənistanla münasibətləri normallaşdırmaq məqsədi güdür. Bu, baş nazir Ərdoğanın aprel ayında ermənilərə 1915-ci il hadisələri ilə bağlı verdiyi başsağlığından sonra Türkiyənin Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində atdığı ikinci addımdır.
Sərhədin açılmasında məqsəd 1915-ci il hadisələrinin 100 illiyi münasibətilə uydurma “erməni soyqırımı”nı tanımaq üçün Türkiyəyə edilən təzyiqləri səngitməyə hesablanıb
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info