Ölkədə ödəmə kartlarının sayı il ərzində 14 faiz artıb
Tarix: 04.07.2014 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


2014-cü il may ayının yekunlarına görə, ölkədə ödəmə kartlarının sayı ilin əvvəlindən 5,2 faiz artaraq 5967 min ədəd olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında yerləşdirilmiş statistik hesabatda deyilir.
2013-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə onların sayı 13,9 faiz artıb.
Kartların ümumi sayından 4850 ədədi debet kartlara, o cümlədən 2560 ədədi sosial, 1401 ədədi maaş, 889 ədədi isə digər kartlara aiddir. Onların 1117 ədədini kredit kartları təşkil edir.
AMB-nin hesabatına görə, yanvar-may aylarında bankomatlar və POS-terminallar vasitəsilə ödəmə kartları üzrə ümumi dövriyyə 988 milyon manat, aparılan əməliyyatların ümumi sayı isə 6634 milyon olub.
Hesabat dövrü ərzində debet kartları ilə əməliyyatların sayı 52235 min ədəd, həyata keçirilən əməliyyat həcmi isə 794 milyon manat olub. Bankomatlar vasitəsilə debet kartları ilə 719 milyon manatlıq 4638 min əməliyyat, POS-terminal vasitəsilə isə 48 milyon manatlıq 239 min əməliyyat aparılıb.
Yanvar-may aylarında kredit kartları ilə ümumi məbləği 194 milyon manat olan 1411 min əməliyyat həyata keçirilib. Bankomatlar vasitəsilə kredit kartlarının köməyi ilə 108 milyon manatlıq 468 min əməliyyat aparılıb. POS-terminallar vasitəsilə aparılan 607 min əməliyyatın ümumi məbləği isə 42 milyon manat olub.
2014-cü il iyunun birinə olan məlumata görə, ölkədə 2462 bankomat fəaliyyət göstərir ki, bundan 1379-u Bakıda, 1083-I isə ölkənin digər şəhər və rayonlarında yerləşir. İl ərzində onların ümumi sayı (2013-cü il iyunun əvvəlinə olan rəqəmlərlə müqayisədə) 119 ədəd yaxud 5,1 faiz artıb.
2014-cü il iyunun birinə 48582 ədəd POS-terminal fəaliyyət göstərib ki, onlardan 35110 ədəd Bakıda, 13472 ədəd isə başqa şəhər və rayonlarda quraşdırılıb.
2013-cü ilin yanvar-may ayları ilə müqayisədə POS-terminalların sayı 11507 ədəd yaxud 31,03 faiz artıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info