“El Mundo”: “Avropa sakinləri hər yerdə öz talelərindən narazıdırlar”
Tarix: 04.07.2014 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


“Qitədə separatizm alovlanır”

Bu həftə “The Guardian” özünün redaksiya məqaləsində Avropa Parlamentinə keçirilən seçkilərdən sonra Avropada formalaşan situasiya barədə dəqiq xarakteristika verib. Yazıda bildirilir: “Avropa seçkiləri göstərdi ki, qitə sakinləri hər yerdə öz talelərindən narazıdırlar”. Bildirilir ki, Avropada separatizm alovlanır.
28 Avropa ölkəsində seçicilərin müxtəlif siyasi meyilliliklər nümayiş etdirmələrinə baxmayaraq, bir şey aydındır – seçicilərin ağlında vəlvələ hökm sürür. Onlar eyni zamanda qarşı çıxdıqlarının lehinə səs veriblər. Bu məsələ daha parlaq şəkildə Birləşmiş Krallığın Müstəqilliyi Partiyasının - Böyük Britaniyanın siyasi partiyasının tərəfdarlarının timsalında üzə çıxıb. Bu partiya konservativ baxışları dəstəkləyir və Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını tələb edir. Bu partiya mayın 22-də keçirilmiş seçkilərdə seçicilərin 27,49 faizinin səsini qazanaraq sensasiyalı qələbə qazanıb. Avropa Parlamentində Böyük Britaniyanı təmsil etməli olan 73 deputat yerindən 24-nə sahib çıxıb. Burada qəribə bir paradoks görünür – Bu partiya ölkələrin Avropa Birliyindən çıxmasını tələb edir, amma eyni zamanda Avropa Parlamentində öz deputatlarının yerini möhkəmləndirir.
Avropa Parlamentinə seçkilərdə Fransanın “Milli cəbhə” Partiyası, Danimarkanın Xalq Partiyası, Macarıstanın sağ millətçi partiyası olan “Yobbik”, Yunanıstanın radikal sol koalisiyası SİRİZA-nın namizədlərinin qalib gəlməsi də çox kritik situasiya yaradır. Hər bir halda təkcə avrointeqrasiyanın əleyhinə səs vermək tendensiyası yox, həm də miqrasiyanın, yoxsullaşmanın əleyhinə tendensiya müşahidə olunur.
Bu, həm də nəyi göstərir? Ultramillətçi güclərin Şotlandiyadan Kataloniyaya qədər olan qələbəsinimi? Bu fikir səslənəndə qəribə çıxsa da, işdə bir o qədər də qəribə deyil.
Şotlandiyada Birləşmiş Krallığın Müstəqilliyi Partiyasından olan namizədin seçki uğuru avtonomiya nümayəndəsinə Avropa parlamentində təmsil olunmaq imkanı verib. Birləşmiş Krallığın Müstəqilliyi Partiyasının qələbəsi həm də Şotlandiya Milli Partiyasının prestijinə ciddi zərbə vurub. Şotlandya Milli Parityası seçkidə qələbəyə iddia etsə də, sonda məğlubiyyətini etiraf etməli olub”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
ABŞ-da Türk evi inşa olunur
21.09.2019
HDP həmsədri Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verilib
20.09.2019
ABŞ Rusiyanın hipersəs sürətli silahları qarşısında gücsüzdür
20.09.2019
Əfqanıstanda NATO konvoyuna hücum olub
20.09.2019
Nigeriyada 34 mindәn çox uşaq aclıq tәhlükәsi ilә üz-üzәdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info