Kamal Abdulla Lerik rayon ziyalıları ilə görüşüb
Tarix: 04.07.2014 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Lerik rayon Mədəniyyət Evində rayon ziyalıları və dindarlarla görüşüb. K.Abdulla ölkə rəhbərliyinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışıb. Müşavir Prezident İlham Əliyevin yeni xidmətlə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələri diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələri, müxtəlif etnik qruplar və xalqlar birgə, qardaşlıq və dostluq mühitində yaşayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlətin dinə münasibəti çox loyaldır. Müstəqilliyə qədəm qoyduğumuz dönəmdə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, son 20 ildə məscidlərin sayı 2000-ə çatdırılmışdır. Təkcə bu fakt dövlətimizin dinə və dindar vətəndaşlara münasibətinin bariz münasibətidir.
Dövlət müşaviri son vaxtlar qeyri ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir və mülahizələrini bildirib, gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində məktəblərlə yanaşı, dini ibadət evlərinin, məscidlərin də üzərinə düşən vəzifələrlə əlaqədar tapşırıq və tövsiyələrini verib.
Dövlət müşaviri Kamal Abdulla Yardımlı rayon ziyalıları və dindarları ilə də görüşüb. Yardımlı rayon Mədəniyyət Sarayında keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Kamal Abdullanı yeni quruma rəhbər təyin olunması və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi münasibətilə təbrik edib. Tədbirdə çıxış edən Dövlət müşaviri Azərbaycanda hökm sürən tolerantlıq mühiti, dövlət və din münasibətləri barədə ətraflı söhbət açıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info