“Avropa Oyunları yarışlarının eksklüziv və yeganə rəsmi mobil rabitə tərəfdaşı “Azerfon” şirkətidir”
Tarix: 04.07.2014 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


“Bakı 2015 Avropa Oyunları yarışlarının eksklüziv və yeganə rəsmi mobil rabitə tərəfdaşı "Azerfon" ("Nar Mobile" ticarət nişanı) şirkətidir”. Bu barədə tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransı zamanı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Xatırladaq ki, iyul ayının 2-də "Four Seasons Baku" hotelində "Nar Mobile" mobil operatorunun Bakı 2015 Avropa Oyunları yarışlarının rəsmi mobil telekommunikasiya xidməti təminatçısı olması haqqında müqavilə imzalanıb. Müqaviləni Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri A.Rəhimov və "Azerfon" şirkətinin baş icraçı direktoru Kent Maknili imzalayıblar.
Azərbaycanın gənclər və idman naziri, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin baş icraçı direktoru A.Rəhimov mobil operatorla imzalanan anlaşmanın ilk Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədi ilə "Nar Mobile" mobil operatorunun telekommunikasiya sahəsində malik olduğu geniş təcrübəni tətbiq etməsini nəzərdə tutan əhəmiyyətli müqavilə olduğunu bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info