“Həmrəylik Yürüşü“ndə 3-cü mərhələ
Tarix: 05.07.2014 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Polşada Beynəlxalq Velosipedçilər İttifaqının "Həmrəylik və Olimpiyaçılar" yürüşündə çıxışını davam etdirir.
Heyətə 6 velosipedçi daxil edilib - bunlar bu günlərdə Azərbaycan çempionu adını qazanan Elçin Əsədov, həmçinin Azərbaycan çempionatının mükafatçıları Tural İsgəndərovla Samir Cəbrayılov, eləcə də Maksim Averin, Daniel Klemme və Aleksandr Surutkoviçdir. Sayca 25-ci dəfə təşkil edilən yarışın 3-cü mərhələsində iştirakçılar 162 km məsafə qət ediblər. Diqqət çəkən məqam velosipedçilərimizin hamısının finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində yer almasıdır. Fotofinişə əsasən, təmsilçilərimizdən ən yüksək göstərici Maksim Averin və Samir Cəbrayılova məxsusdur - onlar müvafiq olaraq 11 və 12-ci olublar. 3 mərhələdən sonra Maksim Averin, Daniel Klemme, Aleksandr Surutkoviç və Samir Cəbrayılov yürüş liderinə 12 saniyə uduzmaqla ümumi sıralanmada 26-cı, 28-ci, 31-ci və 56-cı mövqedə qərarlaşırlar.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info