İsmayıllı rayonunda yeni körpü istifadəyə verilib
Tarix: 05.07.2014 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə Ərəgit kəndinin arasından keçən lülə (lülö) çayı üzərində inşa edilən yeni körpünün açılışı olub.
1963-cü ildə sel suları nəticəsində dağılan və bir il sonra yenidən bərpa edilən körpü yararsız vəziyyətə düşmüşdü. Bu yaşayış məntəqələrində yaşayan məktəblilərin də hər gün bu körpü ilə gəlib-getmələri ciddi təhlükə yaradırdı. Buna görə də uzunluğu 15 metr, eni isə 4 metr olan yeni körpünün istifadəyə verilməsi sakinlər tərəfindən əsl bayram sevinci ilə qarşılanıb.
Açılış mərasimində çıxış edənlər Prezidentin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən İsmayıllıda həyata keçirilən yeni infrastruktur layihələrindən, ən ucqar yaşayış məntəqələrində belə problemlərin həllinə göstərilən diqqət və qayğıdan danışıblar.
Mərasimdə iştirak edən kənd ağsaqqalları, ziyalılar sosial problemlərin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Milli Məclisin deputatı Novruzəli Aslanov tədbirdə çıxış edərək yeni körpünün istifadəyə verilməsi münasibətilə hər iki yaşayış məntəqəsinin sakinlərini təbrik edib.
Sonda qırmızı lent kəsilmiş, sakinlərin rahat və təhlükəsiz körpüdən gediş-gəlişi başlayıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info