Beynəlxalq müsabiqənin qalibləri üçün yay ekoloji düşərgə
Tarix: 05.07.2014 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


Prezidentin ideya müəllifi və qurucusu olduğu alternativ və tükənməyən enerji mənbələrindən istifadə edilməsi sahəsində görülən işlər həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlar tərəfindən maraqla qarşılanır. Bu sahədə dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, Norveç Təbiəti Mühafizə Cəmiyyətinin (SPARE) enerji və resurslardan istifadə üzrə beynəlxalq məktəbli proqramı çərçivəsində Azərbaycan Gənclər İttifaqı ilə əməkdaşlığı davam edir.
Proqram çərçivəsində növbəti layihə Qobustan rayonundakı Təcrübi Hibrid Poliqonunun Təlim-Tədris Mərkəzində keçirilib. Respublikanın ümumtəhsil məktəblərində “Bərpa olunan enerji mənbələrini öyrənək” devizi altında keçirilən beynəlxalq müsabiqənin qaliblərinin bir qrupu üçün Təcrübi Hibrid Poliqonunun Təlim-Tədris Mərkəzində üçgünlük yay ekoloji düşərgəsi təşkil edilib. Təcrübi Hibrid Poliqonunun Təlim-Tədris Mərkəzində məktəblilərə günəş, külək və bioqazdan elektrik enerjisi alınması və “ağıllı şəbəkə” vasitəsilə ölkəmizin ümumi enerji şəbəkəsinə ötürülməsi prosesi əyani şəkildə izah olunub. Bu stansiyanın Prezidentin təşəbbüsü ilə istifadəyə verildiyi, ötən iki ildə burada 3 milyon kilovat-saata yaxın elektrik enerjisi hasil edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, yaxın vaxtlarda respublikamızın enerji gücünü artıran belə stansiyalar Sumqayıt şəhərində, paytaxtın Pirallahı, Suraxanı, Qaradağ rayonlarında və Siyəzəndə də istifadəyə veriləcək.
Təcrübəli alim və mütəxəssislər üç gün ərzində tükənməz enerji mənbələrindən istifadənin üstünlükləri, real, perspektiv imkanları, ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı məlumatlar veriblər. Məktəblilərin istirahəti, asudə vaxtlarının səmərəli keçməsi üçün viktorinalar, maraqlı idman, bilik yarışları da təşkil olunub. Məktəblilərin enerjiyə qənaət və enerjidən səmərəli istifadə sahəsində ideya, təşəbbüslərinin nəticəsi olaraq hazırladıqları maketlər də nümayiş etdirilib. Hər bir məktəbliyə Dövlət Agentliyinin nəşri olan kitablar və hədiyyələr təqdim edilib. Məktəblilər üçün Şamaxı Astrofizika Rəsədxanasına və rayonun digər tarixi abidələrinə ziyarətlər təşkil olunub. Ümumtəhsil məktəblərinin şagirdləri Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin diqqət və qayğısından razılıqlarını ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info