Qazaxıstanın xarici işlər naziri Azərbaycana gələcək
Tarix: 07.07.2014 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


2014-cü ildə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisovun Azərbaycana səfəri planlaşdırılır. Bu barədə azərbaycanlı jurnalistlərə müsahibəsində Qazaxıstan XİN-in MDB departamenti direktorunun müavini Kadır Kasabulatov bildirib. Onun sözlərinə görə, hələlik səfərin tarixinin dəqiqləşdirilməsi üzərində iş gedir.
Kasabulatov qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələrin inkişafına təkan verən yüksək səviyyədə görüşlər müntəzəm olaraq keçirilir: "Dövlətlərimizin rəhbərləri həm ikitərəfli formatda, həm də çoxtərəfli görüşlər çərçivəsində çox tez-tez görüşlər".
XİN nümayəndəsinin sözlərinə görə, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələr çox dinamik inkişaf edir: "Bizim bir çox regional və beynəlxalq məsələlər üzrə mövqelərimiz çox yaxındır. Biz həm ikitərəfli formatda, həm də çoxtərəfli əsasda BMT, ATƏT, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA, TÜRKSOY kimi beynəlxalq və regional təşkilatlarda fəaliyyət göstəririk".
Kasabulatovun sözlərinə görə, Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə, eləcə də EXPO-2017 beynəlxalq sərgisinin keçirilməsinə namizədliyini dəstəklədiyinə görə Azərbaycana minnətdardır: "Hesab edirəm ki, Azərbaycanın bu sərgidə iştirakı ikitərəfli investisiya və iqtisadi əməkdaşlığın inkişafının rəhni olacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info