Yaşlıların pensiya məbləğinin artırılması təklif olunur
Tarix: 07.07.2014 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Daha yaşlı təbəqə üçün daha çox pensiya verilməsi onların həyat şəraitin yaxşılaşdırılması üçün olduqca vacibdir”

İqtisadi və Sosial İnkişaf Mərkəzi pensiya məbləğinin yaş qrupları üzrə indeksasiyasının Azərbaycanda da tətbiqi təklifi ilə çıxış edib. Bu barədə açıqlama ilə çıxış edən Mərkəzin rəhbəri Vüqar Bayramov bildirib ki, daha yaşlı təbəqə üçün daha çox pensiya verilməsi onların həyat şəraitin yaxşılaşdırılması üçün olduqca vacibdir.
“Digər tərəfdən, nəzərə almaq lazımdır ki, yaşı 80-i keçən vətəndaşların xərcləri daha çox olur. Bu, onların səhiyyə xərclərinin artması ilə əlaqədardır, insanlar yaşlaşdıqdan sonra sağlamlıqlarına daha çox pul xərcləməli olurlar, ona görə də həmin vətəndaşların pensiya məbləğinin artırılması məqsədəuyğundur” – deyə V.Bayramov əlavə edib.
O bildirib ki, Azərbaycan pensiya sistemini xarakteristikasını, əhalinin yaş qrupları üzrə təsnifləşdirilməsini və eləcə də mövcud və potensial maliyyə imkanlarını nəzərə alaraq biz təklif edirik ki, yaşlı pensiyaçıların yaşı 70 olduqda təqaüd məbləği 10, 75-ə çatdıqda 20, 80-i keçdikdə isə 30 faiz artırılsın: “Ölkədəki orta ömür müddətini də nəzərə aldıqda bu, büdcə üçün hər hansı ciddi ağırlıq yaratmayacaq. Əksinə, bu islahat pensiyaçılara xərclərini müəyyən qədər kompensasiya edə bilmək imkanı verəcək. Eyni zamanda, təqaüdçü vətəndaşlarımız sosial təminat sistemindən daha yaxşı yararlana biləcəklər. Bu baxımdan, güman edirik ki, pensiya məbləğinin proporsional şəkildə vətəndaşların yaşına uyğun olaraq artırılması pensiya islahatlarında sosial təminat baxımdan xüsusi bir mərhələ ola bilər”.
Qeyd edək ki, Rusiyada pensiyaçı 80 yaşa çatan kimi təqaüd məbləği 30 faiz artırılır. Yəni, əgər pensiyaçının təqaüdü 200 dollardır, 80 yaşı tamam olduqdan sonra bu məbləğ 260 dollara yüksəlir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi
05.08.2020
Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də
03.08.2020
“Azerbaijani Ladies Club” üzvləri adından Azərbaycan həkimlərinə dəstək mesajı - VİDEO
02.08.2020
Baş Prokurorluq: Siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info