“Excelsior Hotel Baku” PR mövzusunda təlim keçirdi
Tarix: 07.07.2014 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel Baku” hoteli ali məktəblərin yuxarı kurs tələbələrinə PR mövzusunda təlim keçirdi. Təlim “Excelsior Hotel Baku” hotelinin Marketinq Departamentinin direktoru Damla Bayık və “AtaHolding” ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən keçirildi. Təlimdə PR texnologiyaları, PR-əlaqələrin strateji əhəmiyyəti, imic və nüfuzun müqayisəli təhlili, böhranlı kommunikasiyaların idarə edilməsi, ölkəmizdə ictimai əlaqələrin qurulması xüsusiyyətlərini haqqında danışıldı. “AtaHolding” Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova təlimdə xüsusi vurğuladı ki, PR şirkətin nüfuzunun idarə edilməsinin başlıca alətidir və PR kommunikasiyalar şirkətin formalaşmasına və onun nüfuzunun qorunmasına təsir edir. Nüfuzun idarə edilməsi – təşkilatın real nailiyyətlərinə əsaslanan və onun perspektiv inkişafına yönəldilən nüfuzunun formalaşması, müdafiəsi və qorunması üzrə tədbirlər kompleksidir. Nüfuz yalnız şirkət haqqında müxtəlif informasiya auditoriyaları tərəfindən əldə edilib, bazar iqtisadiyyatının baza kateqoriyasına çevrilmiş, bir çox amillərdən asılı olan və çoxlu parametrlərinə görə qiymətləndirilən kommunikasiya prosesində formalaşır. Bu keyfiyyət onun əlavə səhmdar dəyəri yaratmaq qabiliyyətinə əsaslanır. Məhz buna görə PR-da bu istiqamət hazırda fəal inkişaf edir və Azərbaycanda ictimaiyyətlə əlaqələrin inkişafına təkan verir, - deyə, “AtaHolding” Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova qeyd etdi. Təlimdə “AtaSığorta” ASC-nin PR nümayəndəsi və digər PR ekspertlər də çıxış etdilər. “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” – deluks, 9 “Duke” – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s.-dən ibarətdir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info