Regionlarda könüllülük fəaliyyəti ilə bağlı təlimlər keçirilir
Tarix: 07.07.2014 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Bildirildiyi kimi “Gəncliyə Dəstək” İctimai Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə iyun-sentyabr aylarında “Sosial məsələlərin həllində region gənclərinin rolunun artırılması məqsədilə könüllülük fəaliyyətinin təbliği” adlı layihə həyata keçirir.
Layihə çərçivəsində 05 iyul 2014-cü il tarixdə Zərdab şəhərində “Kür” şadlıq sarayında təlim kurs keçirildi. Təlim kursda ilk əvvəl birliyin sədri Eldar Xəlilov layihənin təqdimatını edib, birlik barədə və Prezident yanında Gənclər Fondu barədə məlumat verib. Daha sonra ölkədə uğurla icra olunan dövlət gənclər siyasəti, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı barədə və Könüllü Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanunu haqqında məlumatları iştirakçıların nəzərinə çatdırıb. Sonra təlimçilər Babək və Ələkbər təlimin gündəliyinə uyğun olaraq könüllülük nədir, könüllülüyün tarixi, könüllüyün prinsip və məqsədləri, könüllülüklə bağlı yerli və beynəlxalq təcrübə, könüllülüyün cəmiyyətin inkişafına töhfəsi, könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru, gəncləri könüllü fəaliyyətlə sosial məsələlərin həllinə maraqlandırmaq yolları istiqamətlərində çıxışlar ediblər. Sonda gənclərdən: Ramil, Xamiz və başqaları könüllü fəaliyyəti keçmiş və bunun nəticəsində qazandıqları uğurlarından danışıblar.
Layihənin məqsədi könüllü fəaliyyəti təbliğ etməklə, gəncləri könüllü fəaliyyətə cəlb etmək və bununla sosial məsələlərin həllində region gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir.
Layihə zamanı 13 iyul 2014-cü il tarixdə Zərdab rayonunun Şıxbağı kəndində bələdiyyəyə məxsus futbol meydançasının könüllülərin iştirakı ilə oyuna hazırlanması, Ucar və Gədəbəy rayonlarında təlimlərin keçirilməsi nəzərdə tutulur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info