Novruz Məmmədov: “Müşavirə əhəmiyyətli məqamlarla yadda qaldı”
Tarix: 07.07.2014 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


"Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirilən beşinci müşavirə əhəmiyyətli məqamlarla yadda qaldı. Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb". Bu açıqlamanı Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
O, deyib: "Əsas məsələ ondan ibarətdir ki, müşavirə zamanı Azərbaycanının diplomatik korpusları, xarici ölkələrdə fəaliyyət göstərən səfirlərimiz və Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edilir. Qarşıda duran fəaliyyət proqramı müəyyənləşdirilir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev diplomatlar qarşısında təxminən bir saat çıxış edib. Bütün məsələlər ətrafında Azərbaycanın mövqeyini bir daha bəyan edib. Səfirlərə, XİN əməkdaşlarına tövsiyə və tapşırıqlarını verib".
Onun sözlərinə görə, Azərbaycanın yürütdüyü xarici siyasətin hücum xarakteri daşıması, Azərbaycanın maraqlarının müdafiə olunması qarşıdakı il ərzində də diplomatlarımız üçün əsas istiqamətlərdən olacaq.
Novruz Məmmədov bildirib ki, müşavirədə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin mövqeyi, aparılacaq danışıqlar və görülən işlərdən danışılıb: "Prezident İlham Əliyev müşavirədəki çıxışının 30 dəqiqəsini məhz Dağlıq Qarabağ münaqişəsinə həsr etdi. Bununla bağlı Azərbaycanın beynəlxalq aləmdə yerinin, mövqeyinin getdikcə güclənməsi, beynəlxalq təşkilatlarda iştirakı , regionda liderliyi , irimiqyaslı layihələrin həyata keçirilməsi , xarici ölkələrə sərmayələrin qoyulması, eyni zamanda BMT Təhlükəsizlik Şurasında, Qoşulmama Hərəkatında və digər mühüm beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin həllinin daim diqqət saxlanılması bir daha vurğulandı".
PA rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyev münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini bir daha bəyan edib. Bundan əlavə toplantıda Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsi, beynəlxalq aləmə daha sıx inteqrasiyası, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi məsələləri də müzakirə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info