Elektrik enerjisi istehsalı artıb
Tarix: 08.07.2014 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“Astara Elektrik Şəbəkəsi” ndə elektrik enerjisinin daha da dayanıqlı ötürülməsini və paylanmasını təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər uğurla yerinə yetirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 0,4 kV-lik şəbəkələrdə, eyni zamanda transformator məntəqələrində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
“Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülüb və hazırda davam etdirilir”, - deyən mənbə onu da bildirib ki, burada cari ilin ötən 5 ayı ərzində keçirilən reydlər zamanı elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil edib və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilib. Belə ki, cari ilin 5 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 70-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Qayda pozuntuları müvafiq formada aktlaşdırılıb və 153,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 9 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib. Yeri gəlmişkən, cari ilin may ayında keçirilmiş reydlər zamanı isə 2 qayda pozuntusu faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb, 2,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 160 manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib.
Müəssisə üzrə cari ilin may ayında 4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 372 min kilovatsaat çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım isə 2 faizə yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 2,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 289 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 10 faizə yaxın çoxdur. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 5 ayı ərzində isə 22,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,7 mln. kilovatsaata yaxın artıb, ödənişdə mütləq artım isə 9 faizə yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 15,6 milyon kilovatsaata yaxın olub ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,6 milyon kilovatsaat çoxdur. Ödənişdə mütləq artım isə 6 faizdən artıq olub.
Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. TM və KTM-lərin ərazisi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənib, yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilib. Sonda onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Günəş




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info