Qırğızıstan “Manas”ı Çinin olacaqmı?
Tarix: 08.07.2014 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Son dövrlər Qırğızıstanda, daha çox müxalifət cəbhəsində ölkədə rus təsirinin artması barədə çox danışılır . Qırğızıstan üçün strateji əhəmiyyətli Rusiya investisiyasını azaltmaq üçün keçirilən etiraz aksiyaları az əhalini əhatə etsə də, yenə də hiss edilməkdədir. Belə etiraz aksiyalarından biri bu ilin aprelində “Manas” hava limanının Rusiyanın “Rosneft” neft və qaz şirkətitinə ehtimal olunan satışı ilə bağlı da baş vermişdi.
Bu fəaliyyətin uğurla başa çatması barədə danışmaq çətindir, lakin fakt faktlığında qalır. Belə ki, Çinin tikinti korporasiyası olan BUGG Qırğızıstan hökuməti ilə hava limanının yenidən qurulması və yeni terminalların tikintisi haqqında ilkin razılığa gəlib. Razılaşmaya əsasən, Çin dövləti Bişkekdən sonra Qırğızıstanın ikinci ən böyük şəhəri olan Oşda yeni hava limanının tikintisi ilə yanaşı iki əyələt şəhərinin- Batken və Tamçidə yerləşən hava limanlarının da ərazilərinin genişləndirilməsini təklif edib. Xatırladaq ki, əvvəllər “Manas” ABŞ-ın tranzit bazası kimi fəaliyyət göstərdiyi ərəfədə bu, Rusiyada güclü narazılıq doğurdu. Nəticədə, Amerika Birləşmiş Ştatlarının bütün səylərinə baxmayaraq, onlar bazanı tərk etmək məcburiyyətində qaldılar. Hazırda beynəlxalq mərkəz əsasında fəaliyyət göstərəcək hava limanının tezliklə çinlilərə veriləcəyi ehtimal olunur.
Nüfuzlu nəşrlərin məlumatına görə, Rusiya ilə Qırğızıstan hava limanının qiyməti barədə razılığa gələ bilməyiblər. Belə ki, Rusiya tərəfi 51% paya israr etsə də, Qırğızıstan yalnız 49% verməyə hazır olduğunu bildirirdi. Qeyd etmək yerinə düşər ki, Avrasiyanın kollektiv təhlükəsizliyi çərçivəsində Qırğızıstanın oynadığı geosiyasi əhəmiyyəti gizlətmək mümkün deyil. Bu baxımdan, əlbəttə ki, “Manas” Rusiyaya çox lazımdır. Bunu təbii ki, “Rosneft” də inkar etmir. Buna görə də, şirkət Qırğızıstan dövlətinə təqdim etmək üçün yeni təkliflər paketi hazırlayır. Çin uzun müddətdir ki, Qırğızıstanla yanaşı, digər Orta Asiya respublikalarına ciddi investisiya layihələrini təklif etməkdədir. Onun bu ölkələrə olan perspektivli təklifləri iki ölkə arasında münaqişəyə güman yeri yaratmasa da, Rusiyanın təklifləri ilə üst-üstə düşmür. Eyni zamanda, bu da aydındır ki, Qərblə gərgin əlaqələrdə olan Rusiya, çətin ki, “Manas”a görə Çinlə münaqişəyə zəmin yarada. Bununla yanaşı, Çinin bu ölkəyə artan təsiri Qırğızıstanın Pekindən ciddi iqtisadi asılılığına gətirib çıxara bilər. Bundan əlavə, bu proseslər Avrasiyaya inteqrasiyadan fərqli olaraq, Qırğızıstana kütləvi çinli köçü ilə müşayiət oluna bilər. Təəssüf ki, bu təhlükələr Qırğızıstanda lazımınca qiymətləndirilmir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info