“Yeni iş yerləri açmaq üçün silah ixracatını artırmaq lazımdır”
Tarix: 08.07.2014 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


İlin ilk yarısında Rusiyanın silah və hərbi texnika ixracı 5,6 milyard dollar təşkil edib “Rusiya sənayesinin inkişafına kömək etmək və yeni iş yerləri açmaq üçün silah ixracatını artırmaq lazımdır”.
“RİA Novosti”nin məlumatına görə, bunu Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin deyib. Putin qeyd edib ki, Rusiyanın qlobal silah bazarında iştirakını gücləndirmək xüsusi əhəmiyyət daşıyır: “Şübhə yoxdur ki, bu, bizim milli müdafiə sənayemizin genişlənməsinə, istehsalın yenilənməsinə və təzə iş yerlərinin açılmasına rəvac verəcək”. O, əlavə edib ki, Rusiya 2013-cü ildə 15,7 mlrd. dollar dəyərində silah-sursat və hərbi texnika ixrac edib: “Rusiyanın satdığı hərbi texnika arasında döyüş təyyarələri üstünlük təşkil edir. Bu ilin ilk yarısında Rusiyanın silah və hərbi texnika ixracatı artıq 5,6 mlrd. dollar təşkil edib”. Qeyd edək ki, Rusiyanın əsas silah alıcıları arasında Suriya, Hindistan, Çin və Venesuelanın adı çəkilir. Rusiya həmçinin öz silahlı qüvvələrinin modernləşdirilməsini və çevik birliklərin təkmilləşdirilməsini sürətləndirib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info