“Naxçıvanda ciddi elmi potensial formalaşıb”
Tarix: 08.07.2014 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


“Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi və burada Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun, Azərbaycan Milli Elmlər Akademiyasından nüfuzlu nümayəndə heyətinin, Türkiyə Respublikasından, Rusiya Federasiyasından və Amerika Birləşmiş Ştatlarından elmi-tədqiqat və ali təhsil nümayəndələrinin, mütəxəssislərinin iştirakı muxtariyyətin əldə edilməsinin əhəmiyyətinin göstəricisidir”.
Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə müsahibəsində deyib. O bildirib ki, konfransda 90 illik muxtariyyət dövründə Naxçıvanın əldə etdiyi nailiyyətlər, müxtəlif zamanlarda siyasi, iqtisadi, hərbi baxımdan ortaya çıxan və uğurla həll olunan problemlər barədə dərin elmi araşdırmalara əsaslanan çıxışlar olub.
Akif Əlizadə xüsusi vurğulayıb ki, Naxçıvanda yüksək səviyyəli beynəlxalq elmi konfransların keçirilməsi, həm muxtar respublika rəhbərliyinin elmin inkişafına göstərdiyi diqqətin nəticəsidir, həm də qədim diyarda formalaşan ciddi elmi potensialla əlaqədardır. Ulu öndərin Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədilə 2002-ci il avqustun 7-də imzaladığı sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi tarixi hadisə idi. Bu gün AMEA-nın Naxçıvan Bölməsində formalaşan elmi potensial Azərbaycan elminin inkişafına böyük töhfələr verməkdədir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” beynəlxalq konfransında AMEA-nın Naxçıvan Bölməsindən üç akademikin, on iki müxbir üzvün iştirakını yüksək qiymətləndirib, bunun əhəmiyyətli bir göstərici olduğunu nəzərə çatdırıb. O vurğulayıb ki, bu gün Naxçıvanda uğurlu elmi-tədqiqat işlərinin aparılması, naxçıvanlı alimlərin nüfuzlu beynəlxalq elmi konfranslarda iştirakı muxtar respublikada elm sahəsində əldə edilən tərəqqinin bariz nümunəsidir.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info