“Goldman Sachs” şirkəti “Petlim” limanının 25 faizinə sahib olacaq
Tarix: 08.07.2014 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Kənan Yavuz: “Star” zavodu üçün limanın
inşası 2015-ci ilin sentyabrında tamamlanacaq”

“Star” neft emalı zavodu üçün liman və elektrik stansiyalarının inşasının 2015-ci ilin sentyabrında tamamlanması nəzərdə tutulur. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədəki ən böyük aktivi olan “SOCAR-Türkiyə” şirkətinin direktoru Kənan Yavuz kütləvi informasiya vasitələrinə müsahibəsində məlumat verib. “Petkim”in əsas hissələrini alan SOCAR-ın İzmirdə reallaşdırdığı layihələrdən danışan K.Yavuz bildirib ki, Əliağa rayonunda inşa edilən “Star” neft emalı zavodunun tikintisinə bu günədək 800 milyon dollar sərf olunub. İki ildən çoxdur ki, zavodun ərazisində nəhəng maşınların hərəkət etməsi üçün platformalar hazırlanır. Ümumi dəyəri 5,7 milyard dollar olan zavod 43 aydan sonra tam fəaliyyətə başlayacaq. Zavod ildə 10 milyon ton xam nefti emal edəcək. K.Yavuz bildirib ki, İzmirdə tikilən konteyner limanına dair “Goldman Sachs” şirkəti ilə aparılan danışıqlar sona çatıb. Əldə edilmiş razılaşmaya əsasən bu şirkət ümumi dəyəri 400 milyon dollar olan limanın 25 faizinə sahib olacaqdır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info