Olimpiya stadionuna birbaşa çıxışı təmin edəcək yol
Tarix: 08.07.2014 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar Böyükşor gölü ətrafında tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və rahat çıxışını təmin edəcək avtomobil yolunun çəkilişi sürətlə davam etdirilir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildiriblər ki, layihəyə uyğun olaraq stadion ətrafında 4 dairəvi qovşaq, 3 körpü, 2 tunel, həmçinin piyadalar üçün körpü və tunelin tikintisi nəzərdə tutulub. İnşa olunacaq 2 tunel və 3 körpü avtomobillərin Olimpiya stadionu ərazisinə, eləcə də stadiondan və hava limanından şəhərin mərkəzinə birbaşa hərəkətini təmin edəcəkdir. Bundan əlavə, Olimpiya stadionu ərazisində salınacaq dairəvi yol qovşağına çıxmaq da mümkün olacaq. Tikintisi davam etdirilən piyada körpüsü və tuneli isə metronun “Koroğlu” stansiyasından Olimpiya stadionuna piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulur.
Tikinti işləri 2015-ci il martın sonunadək başa çatdırılacaq.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23.05.2019
Azərbaycan neftinin bir barreli 74,2 dollara satılır
23.05.2019
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
22.05.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22.05.2019
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info