Ceyrançöldə minatəmizləmə əməliyyatlarının ikinci fazasına rəsmən start verildi
Tarix: 08.07.2014 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi birgə Layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinin açılışına həsr olunmuş mərasim keçirilib.
Tədbiri giriş sözü ilə açan ANAMA-nın direktoru Nazim İsmayılov bildirib ki, Azərbaycan-NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan hökumətinin sifarişi əsasında Sovet ordusunun tərk etdiyi hərbi bazalarda minatəmizləmə işləri aparır. Yarandığı ilk illərdə ANAMA-nın bu sahədə böyük təcrübəsi olmadığına görə, bu məqsədlə 2004-cü ildən bəri NATO ilə əməkdaşlıq barədə qərar qəbul edildi. Əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin ən böyüyü isə Saloğlu layihəsi olub.
Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmişdir. Ərazidə olan mina və partlamamış hərbi sursatlar yerli əhali üçün ciddi və daim artan təhlükə yaradır. Ona görə də bu ərazilərin minalardan və partlamamış hərbir sursatlardan təmizlənməsi üzrə həyata keçirilən Ceyrançöl layihəsi böyük əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Baş nazirin müavini Abid Şərifov bildirib ki, ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl təmizləmə layihəsi"nin birinci mərhələsi olan 19 kv.km ərazinin təmizlənməsi NATO tərəfindən 4 oktyabr 2011-ci il tarixdə rəsmən təsdiq olunub. Azərbaycan hökuməti bu vəziyyətlə dərindən maraqlanıb və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb.

Qeyd olunub ki, layihənin birinci mərhələsi çərçivəsində 28 ay ərzində 19 kv.km ərazi tam təmizlənib və 14 min 578 PHS tapılaraq zərərsizləşdirilib. Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyul ayından start verilməsi və 24 ay müddətində 23 milyon 584 min 545 kv.m əhatə edən sahənin təmizlənməsi nəzərdə tutulur.

Tədbirdə iştirak edən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay qeyd edib ki, bu layihələr minlərlə insanın həyatının xilas edilməsinə yönəlib. Onun sözlərinə görə, Azərbaycan NATO üçün çox işlər görüb. NATO da bunun qarşılığında tərəfdaş ölkə olan Azərbaycana dəstək vermək istəyir.
NATO Dəstək Agentliyinin (NSPA) baş meneceri Mayk Layden isə layihəyə dəstəyinə görə donor öləkələrə təşəkkürünü bildirib. O, Ceyrançöl layihəsinin mühüm əhəmiyyət kəsb etdiyini, bu layihənin reallaşması ilə böyük ərazinin təhlükələrdən azad olunacağını vurğulayıb. O, qeyd edib ki, bu məqsədlə 1,8 milyon avro vəsait ayrılacaq.
Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor İlham Mehdiyev bildirib ki, layihə sərhədçilər üçün də böyük əhəmiyyət daşıyır. Ərazidə sərhəd mühafizəsi təşkil olunur. Onun sözlərinə görə, minalardan təmizlənməmiş belə ərazilərdə böyük təhlükələr törədilə bilər. Ona görə də o, DSX tərəfindən layihəyə tam dəstək veriləcəyini açıqlayıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk isə deyib ki, ANAMA təkcə bölgədə deyil, başqa ölkələrdə də keçirilən layihələrdə öz dəstəyini əsirgəmir. Onun sözlərinə görə, ANAMA ilə BMT arasında əməkdaşlıq çərçivəsində zədə almış insanlara dəstək verilir, onlara mikrokreditlər ayrılır. Bu, sosial amildir və çox mühümdür, insanların sağlamlığının təsirə məruz qalmaması çox vacibdir. O, gələcəkdə də ANAMA ilə əməkdaşlığın davam etdirilməsinə ümid etdiyini bildirib.
Daha sonra ANAMA-nın fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info