“Azərbaycanla yeni platforma çərçivəsində əməkdaşlığı davam etdirmək barədə qərar vermişik“
Tarix: 08.07.2014 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


NATO və Azərbaycanla birgə həyata keçiriləcək bir neçə proqram var ki, hazırda onlar təsdiq ərəfəsindədir. Bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu arasında Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi birgə Layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinin açılışına həsr olunmuş mərasimdə bildirib.
Onun sözlərinə görə, NATO uzaq ölkələrdə də vacib işlər görür. Belə layihələrdən biri də Azərbaycanla tərəfdaşlıq çərçivəsində reallaşır. NATO bununla öz tərəfdaşlığını nümayiş etdirir.
C.Appaturay qeyd edib ki, Azərbaycan NATO üçün çox böyük işlər görür: "Biz bunu qiymətləndiririk. Biz də NATO olaraq Azərbaycana öz töhfəmizi vermək istəyirik. Azərbaycan Əfqanıstana çox kömək edir. Ümumiyyətlə, Azərbaycan və Əfqanıstan arasında əməkdaşlıq davam edir. Bu da NATO ilə Azərbaycan arasında yaxşı tərəfdaşlığın bariz nümunəsidir".
Xüsusi nümayəndə bildirib ki, İSAF çərçivəsində Əfqanıstana dair yekun forum keçiriləcək. Həmin foruma Azərbaycan dövlətinin rəhbərliyi də dəvət olunacaq. Onun sözlərinə görə, bu, yeni platforma olacaq: "Yeni platformaya bir çox ölkələri də dəvət edəcəyik. Yəni bu, sıx forum olacaq. Əfqanıstanla bağlı Azərbaycanla yeni platforma çərçivəsində də əməkdaşlığı davam etdirmək barədə qərar vermişik".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info