Qarabağ müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil olunacaq
Tarix: 08.07.2014 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Milli qəhrəmanlarımızı tanı" maarifləndirmə layihəsi ermənilərin Azərbaycana olan ərazi iddialarının qarşısını almaq məqsədi ilə döyüşlərə atılaraq şərəfli döyüş yolu keçən və hazırda da həyatda olan və yenə də şərəflə xalqa, Vətənə xidmət edən Milli qəhrəmanlarımızın gənclərimizə tanıdılmasına xidmət edir. Bu barədə məlumat verən layihə rəhbəri Sevinc Nəcəfova bildirib ki, layihə çərçivəsində hazırda həyatda olan qəhrəmanlarımızın keçdiyi döyüş yolu, eyni zamanda onların hazırkı fəaliyyətləri ilə bağlı məlumatverici bukletlər və videoroliklər hazırlayacaqlar. Layihə rəhbərinin sözlərinə görə həmçinin bu müddət ərzində qəhrəmanlarımızdan bəziləri ilə gənclərin görüşlərini nəzərdə tutublar:
"Bundan əlavə layihə iştirakçısı olan gənclərimizin Şəhidlər xiyabanında uyuyan Milli qəhrəmanlarımızın məzarlarını ziyarət etməsi, Azərbaycan Tarix Muzeyinə ziyarəti təşkil olunacaqdır. Bu gənclərə bukletlərdən əlavə videoroliklərin yazıldığı disklər də təqdim ediləcək. Layihəmizin əsas ideyası dövlət siyasətimizin vacib tərkib hissələrindən biri olan gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması istiqamətindəki işlərdə bir qatqımızın olmasıdır. Əsas məqsədimiz I Qarabağ müharibəsində şərəflə iştirak edərək öz igidliyi ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı qazanan və hazırda da yaşayaraq fəaliyyət göstərən qəhrəmanlarımızı müasir gəncliyə tanıtdırmaqdan ibarətdir" .
Onu da qeyd edək ki, layihədən 14-25 yaşları arasında olan gənclərin faydalanması planlaşdırılır.

Günəş




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Elm Tarixi İnstitutu “Bakı Dövlət Universitetinin tarixi“ kitabının təqdimatını keçirib
17.10.2019
DİN və Baş Prokurorluq mitinqlə bağlı xəbərdarlıq yayıb
17.10.2019
Uşaqlarla keçirilən az vaxt onların əleyhinə işləyir
17.10.2019
Xaçmazda “Volk Qədir” kimi tanınan narkotacir saxlanılıb
17.10.2019
Nazir : “Bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info